. Love.az

Smidt Daglalesi - Wikipedia - Love.az

Ana Səhifə - Smidt Daglalesi

Şmidt dağlaləsi (lat. Tulipa schmidtii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.

Şmidt dağlaləsi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Zanbaqçiçəklilər
Fəsilə:
Zanbaqkimilər
Yarımfəsilə:
Lilioideae
Triba:
Lilieae
Cins:
Dağlaləsi
Növ:
Şmidt dağlaləsi
Beynəlxalq elmi adı
  • Tulipa schmidtii Fomin
Vikianbarın loqotipi
Şəkil
axtarışı
EOL  1082891

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Çoxalması
  • 4 Ehtiyatının dəyişilmə səbəbləri
  • 5 Becərilməsi
  • 6 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 7 Yayılması
  • 8 Sayı və tendensiyası
  • 9 Məhdudlaşdırıcı amillər
  • 10 Mühafizə tədbirləri
  • 11 Qəbul edilmiş qorunma tədbirləri
  • 12 İstinadlar
  • 13 Həmçinin bax

Arealı

redaktə

Cənubi Qafqazın cənub-şərqindən İranın şimal-qərbinə qədər yayılmışdır.[1]

Botaniki xarakteristikası

redaktə

Çoxillik ot bitkisidir. Soğanağı iri, yumurtavari, 2,5–5 sm diametrində, nazik dərivari, qonur və ya qəhvəyi-qonur qınla örtülmüşdür. Gövdə 25–50 sm hündürlükdədir. Yarpaqlar 6–10 ədəd göyümtül, aşağıdakılar enli, uzunsov, yuxarıdakılar neştərvari və ya dar- neştərvari, uzundur. Çiçəkləri iri, 7 sm-ə qədər uzunluğunda; yarpaqcıqları qırmızı, əsasında daxildən qara, sarı-haşiyələnmiş, rombvari ləkəlidir; xarici hissədəkilər enli, uzunsov və ya deltavari bir qədər daxildəkindən uzundur. Erkəkcik çiçəkyanlığından qısadır; tozcuğu sarı, qutucuq 4 sm -ə qədər uzunluqda, 2–2,5 sm enindədir.

Çoxalması

redaktə

Toxumla və vegetativ yolla çoxalır.

Ehtiyatının dəyişilmə səbəbləri

redaktə

Ot çalınması və mal-qara otarılması.

Becərilməsi

redaktə

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Daşlı-çınqıllı, qayalı yamaclarda, əkinlərdə kolluqlar arasında yayılmışdır. Çiçəkləməsi aprel-may, meyvələməsi may ayına təsadüf edir. Mezokserofitdir. Çoxalması soğanaqla və ya toxumladır . Geofit bəzək bitkisidir.

Yayılması

redaktə

Cənubi Zaqafqaziyaya məxsus, tükənməkdə olan endemik növdür. Xocavənd, Əsgəran (Topxana), Cəlilabad (Hovuzbulaq, Zəhmətabad, Ləkin kəndlərində yayılıb. Quru, otlu yamaclarda, kollyqlar arasında bitir. Tək tək rast gəlir. Kiçik Qafqazın cənubu (Cəbrayıl rayonu, Məcili kəndi), Lənkəranın dağlıq hissəsi (Cəlilabad Zəhmətabad kəndi), Naxçıvanın dağlıq rayonları (Ordubad rayonu — Nüs-Nüs kəndi ətrafındakı Diaxçay və fəhlə dərəsi adlanan sahələrdə).

Sayı və tendensiyası

redaktə

Populyasiyanın bir neçə istiqamətdə yayılmasına baxmayaraq antropogen amillər azalma təhlükəsini yaradır.

Məhdudlaşdırıcı amillər

redaktə

Soğanaqları və çiçəklərinin əhali tərəfindən intensiv toplanılması və zoogen amillər.

Mühafizə tədbirləri

redaktə

Yasaqlıqların yaradılması zəruridir.

Qəbul edilmiş qorunma tədbirləri

redaktə

Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmamışdir.

İstinadlar

redaktə
  1. ↑ Şmidt dağlaləsi:Plants of the World Online saytında takson barədə məlumat. (ing.)

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şmidt_dağlaləsi&oldid=7286262"
LOVE.AZ