Şofar (ivr. שופר) — koşer heyvanının buynuzlarından hazırlanmış yəhudi nəfəs alətidir və bayramlarda duanın bir hissəsi kimi istifadə üçün nəzərdə tutulub.[1]
Qədim dövrlərdə şofarı üfürməkdə əsas məqsəd Yerusəlim sakinlərinə bayram vaxtları barədə məlumat vermək idi.