Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu (ing. Scottish Football Writers' Association Footballer of the Year) — Şotlandiya futbolunda ilin ən yaxşı futbolçusuna verilən mükafat.[1] Mükafat ilk dəfə 1964-65 mövsümünün yekunlarına əsasən təqdim olunub. Laureat Şotlandiya Futbol Jurnalistləri Assosiasiyası (ŞFJA) (ing. SFWA) üzvləri arasında səsvermə yolu ilə müəyyən edilir. Bu assosiasiyaya bütün ölkə üzrə işləyən yüzdən çox mətbuat nümayəndəsi daxildir.[2] Bu mükafatı almış ilk qeyri-şotland — həmin vaxt "Reyncers" klubunda hücumçu mövqeyində çıxış edən ingilis Mark Heytlidir. Mükafatın hazırkı sahibi "Seltik"in hücumçusu Kyoqo Furuhaşidir. İndiyədək yeddi futbolçu mükafatı iki dəfə qazana bilmişdir. Mükafatı üç dəfə qazana bilmiş yeganə futbolçu, qapıçı mövqeyində çıxış edən Kreyq Qordondur.
Mükafat 1965-ci ildə, ŞFJA-nın qurulmasından 8 il sonra yaradılıb. Seçim zamanı assosiasiyanın hər bir üzvü birinci və ikinci yerə layiq bildiyi futbolçuya səs verə bilər.[2] Bu mükafat yaranma tarixinə görə Şotlandiyadakı digər ilin oyunçusu mükafatından (Şotlandiya Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə ilin oyunçusu) daha qədimdir, lakin buna baxmayaraq bu mükafat futbolçuların özləri üçün ikinci dərəcəli əhəmiyyət daşıyır. Çünki ŞPFA-nın versiyası üzrə ilin oyunçusu onların həmkarları tərəfindən seçilir.[3]
Mükafat 2023-cü ilədək 59 dəfə təqdim edilib. Ümumilikdə 50 futbolçu təltif olunmuşdur. Mükafat 1974-cü ildə 1974-cü il dünya birinciliyinə vəsiqə qazanmış Şotlandiya milli komandasına verilib.[4]. Cədvəldə futbolçunun mövsümün yekunlarına əsasən layiq görüldüyü digər fərdi mükafat da göstərilib (Şotlandiya Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə ilin oyunçusu)[5]. 2012-13 mövsümünün yekununda ŞFJA-nın versiyasına görə ilin oyunçusu mükafatından əlavə, ŞPFA-nın versiyasına görə ilin gənc futbolçusu mükafatına da layiq görülmüş Li Qriffits, eyni mövsümdə hər iki mükafatı ala bilmiş ilk oyunçu olmuşdur[6].
Ölkə | Mükafatların sayı | Qazandığı mövsümlər |
---|---|---|
Şotlandiya | 1964–65, 1965–66, 1966–67, 1967–68, 1968–69, 1969–70, 1970–71, 1971–72, 1972–73, 1973–74, 1974–75, 1975–76, 1976–77, 1977–78, 1978–79, 1979–80, 1980–81, 1981–82, 1982–83, 1983–84, 1984–85, 1985–86, 1986–87, 1987–88, 1988–89, 1989–90, 1990–91, 1991–92, 1992–93, 1997–98, 1999–00, 2001–02, 2002–03, 2003–04, 2005–06, 2008–09, 2009–10, 2011–12, 2012–13, 2013–14, 2014–15, 2015–16, 2017–18, 2018–19, 2021–22 | |
İngiltərə | 1993–94, 1995–96, 2016–17 | |
İsveç | 1998–99, 2000–01 | |
Danimarka | 1994–95, 1996–97 | |
Yaponiya | 2006–07, 2022–23 | |
İspaniya | 2007–08 | |
Uels | 2004–05 | |
[[Fayl:|alt=|22x20px|border|link=Honduras]] Honduras | 2010–11 | |
Fransa | 2019–20 | |
Şimali İrlandiya | 2020–21 |
Klub | Mükafatların sayı | Qazandığı mövsümlər |
---|---|---|
Seltik | 1964–65, 1966–67, 1968–69, 1972–73, 1976–77, 1982–83, 1986–87, 1987–88, 1997–98, 1998–99, 2000–01, 2001–02, 2003–04, 2004–05, 2006–07, 2008–09, 2010–11, 2011–12, 2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19, 2019–20, 2022–23 | |
Reyncers | 1965–66, 1971–72, 1974–75, 1975–76, 1977–78, 1988–89, 1991–92, 1992–93, 1993–94, 1994–95, 1995–96, 1996–97, 1999–00, 2002–03, 2007–08, 2009–10, 2020–21 | |
Aberdin | 1970–71, 1979–80, 1983–84, 1989–90 | |
Dandi Yunayted | 1981–82, 1984–85, 1990–91 | |
Harts | 1985–86, 2005–06, 2021–22 | |
Hibernian | 1969–70, 2012–13 | |
Partik Tisl | 1980–81 | |
Qrinok Morton | 1978–79 | |
Şotlandiya | 1973–74 | |
Reyt Rovers | 1967–68 |