. Love.az

Sozo Isiyama - Wikipedia - Love.az

Ana Səhifə - Sozo Isiyama

Şozo İşiyama (石山正三, İşiyama Şozo?, 23 fevral 1914, Tokio – 14 noyabr 1973) – Yaponiya ədəbiyyatşünası, dilçisi və tərcüməçisi. Rus dilini və ədəbiyyatını tədqiq etmişdir.

Şozo İşiyama
yap. 石山正三
Doğum tarixi 23 fevral 1914(1914-02-23)
Doğum yeri
  • Tokio, Yaponiya
Vəfat tarixi 14 noyabr 1973(1973-11-14) (59 yaşında)
Təhsili
  • Tokio Xarici Tədqiqatlar Universiteti[d]
Fəaliyyəti dilçi

Mündəricat

  • 1 Həyatı və karyerası
  • 2 İstinadlar
  • 3 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Həyatı və karyerası

redaktə

1914-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur.[1] 1940-cı ildə Tokio Xarici Dillər Məktəbinin rus dili kursunu bitirmişdir. 1941-ci ildə həmin yerdə assistent-professor kimi işləməyə başlamışdır. Daha sonra Tokio Xarici Tədqiqatlar Universitetinin professoru olmuşdur. "Öz-özünə sadə rus dilini öyrənmək" adlı orijinal və populyar kitabın müəllifi olmuşdur. Nikolay Dobrolyubovun "Qaranlıq səltənətdə işıq şüası" əsərini və Nikolay Çernışevskinin əsərlərini rus dilindən yapon dilinə tərcümə etmişdir. Lev Tolstoyun yaradıcılığını tədqiq edərək "Tolstoy haqqında traktat" əsərini yazmışdır.[2]

İstinadlar

redaktə
  1. ↑ The Japan Biographical Encyclopedia & Who's Who. səh. 414
  2. ↑ The Japan Biographical Encyclopedia & Who's Who. səh. 415

Ədəbiyyat

redaktə
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 414–415. İstifadə tarixi: 3 sentyabr 2023.

Xarici keçidlər

redaktə
  • Kotobank saytında
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şozo_İşiyama&oldid=7217735"
LOVE.AZ