. Love.az

Stalberin Binasi Taqanroq - Wikipedia - Love.az

Ana Səhifə - Stalberin Binasi Taqanroq

memarlıq bina. Bina Taqanroq şəhəri Petrovskaya küçəsi ev 105 ünvanında yerləşən binası. Binanın hazırkı vəziyyəti yaxşıdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.

Ştalberin binası
rus. Дом Штальберга
Xəritə
47°13′11″ şm. e. 38°55′17″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Taqanroq
Tikilmə tarixi 1857
Memarlıq quruluşu klassisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Bina Rostov vilayəti Taqanroq şəhəri Petrovskaya küçəsi, ev 105 ünvanında, XIX əsrin dördüncü yarısında klassizm stilində inşa edilmişdir[1]. 1840-cı illərdə binanın sahibi alman Eberq Karloviç Lorens olmuşdur. O, saray məsləhətçisi olaraq işləyirdi. O, 1860-cı illərə qədər kişi gimnaziyasında latın və alman dillərindən dərs deyirdi. Eberqin həyat yoldaşı Lorensanı Adelaida Lyudviqovna adlandırırdılar. O 1848-ci ildə öz rəfiqəsinin evində qızlar ponsionatının açılışını maliyyələşdirmişdir. 1863-cü il məlumatına görə burada 32 qız təhsil alırdı. Qızlar bura Rostov-na-Donu, Naxçıvan-na-Donu və Novoçerkassk şəhərlərindən gəlmişdilər [2]. Bu məktəb qapalı tipli pansionat idi və xeyriyyə məqsədi ilə toplanan pullarla fəaliyyət göstərirdi. XIX əsrin axırlarında III gildiya taciri Marteno Nikitiçna Bataşeva binada müəyyən dəyişikliklər etdirmişdir. Tacirin əsas gəlir mənbəyi şəkər məhsullarının satışı idi.

2 mart 1882-ci ildə binada yeni təhsil mərkəzi açılmışdır. Bir necə il sonra iki dəstli olmuşdur. Burada dərs deyən müəllimlər М. N. Qrekov, Е. Qrekova, А. İ. Blonskaya olmuşdur.

Məktəbin açılışı ərəfəsində Eberq Karloviç Lorens vəfat etmişdir. Onun həyat yoldaşı Adaleida Lyudviqovna 1899-ci ilə qədər yaşamışdır. Onların üç övladı olmuşdur, qızları Sofiya və Luiza, oğlu Karl. Luiza ərə getmədən 1918-ci ildə həlak olmuşdur. Karl Eberqardoviç yazıçı Anton Çexovla birlikdə oxumuşdur.

Bina XX əsrin əvvəllərində tiraspollu tacir tərəfindən satın alınmışdır. Bina məhz Aleksandr Moiseeviç Ştalberqin şərəfinə adlandırılmışdır. Bir müddət binanı A. E. Kuzovevkova-Anino icarələmişdir. 1910-ci illərdə Aleksandr İvanoviç Perov binada fotoatelye açmışdır. Onun həyat yoldaşı Anastsiya Dmitrievna olmuşdur. Onların dörd övladı olmuşdur. 1920-ci ildə binada metal soba zavodunun klubu yerləşirdi. [1]. 1992-ci ildə bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Штальберга дом//Энциклопедия Таганрога, Ростов-на-Дону, Росиздат, 2003". 2017-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-19.
  2. ↑ "Дом 105. Петровская улица". 2017-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-19.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ştalberin_binası_(Taqanroq)&oldid=8133482"
LOVE.AZ