Ştrudel (alm. Strudel — "qasırğa") — Avstriya mətbəxinə məxsus şirniyyat (çox vaxt almalı olur).[1] 18-ci əsrdə Habsburq imperiyasında məşhurlaşmış ştrudel Avstriya və Alman mətbəxinin bir hissəsi olsa da, digər Mərkəzi Avropa mətbəxlərində də geniş yayılmışdır.
Ştrudel | |
---|---|
![]() | |
Aid olduğu milli mətbəxlər | |
Avstriya mətbəxi Çexiya mətbəxi, Almaniya mətbəxi |
|
Mənşəyi | |
Tarixi | 1696 |
Tərkibi | |
Əsas |
Birinci məşhur ştrudelin resepti 1696-cı ildən başlanılmışdır. Vyanada hazırlanmağa başlanan bu reseptin müəllifi məlum deyil. Hal-hazırda Vyana kitabxanasının kitablarda onun resepti var.[2][3]
Ştrundelin alman dilində hərfi mənası burulğan və ya qasırğa deməkdir.[4][5][6] Belçikada "retelər", Xorvatiyada "štrudel", "štrudla" və ya "savijača", Bosniya və Herseqovinada "štrudla" və ya "savijača", Slovakiyada "štrudelj" və ya "zavitek", Serbiya "závin"və ya "štrúdl", Polşada "sztrucla" və ya "strucla" və Ruminiyada "ștrudel" adlanır.[7][8][9][10][11]
Ştrudel yumşaq xəmirdən və almadan hazırlanır.[12] Alma ilə yanaşı giləmeyvə (çiyələk, albalı, malina, mərcangilə, kişmiş və s.), kəsmik (vanilli) və s. əlavə edilir. Bununla yanaşı kərə yağı, şəkər tozundan da istifadə edilir.[13][14][15]