Ye Şuhua (çin. 葉舒華; 6 yanvar 2000[1], Yanmey[d]) və ya tanınan səhnə adı ilə Şuhua (kor. 슈화) – Cənubi Koreyada fəaliyyət göstərən Tayvan müğənnisi. "I-dle" qrupunun üzvüdür.[2]
Şuhua | |
---|---|
çin. 葉舒華 | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 6 yanvar 2000(2000-01-06)[1] (25 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2018-ci ildən |
Janr | K-pop |
Albom şirkəti | Cube Entertainment[d] |
Təhsili |
|
Üzvlüyü | |
![]() |
|
![]() |
Ye Şuhua 6 yanvar 2000-ci ildə Tayvanın Taoyuan şəhərinin Yanmey rayonunda doğulmuşdur. Kiçik və böyük bacısı var.[3] Atası hakka, anası isə tayaldır.[4] Şuhuanın ana dili Tayvan mandarincəsidir və hakka tayvancasında səlis danışa bilmir. Koreya dilində səlis bilməklə yanaşı, ingilis və yapon dili bacarıqları da yaxşıdır. O, teatrla məşğul olmaq üçün Hva Kan İncəsənət Məktəbində təhsil almışdır.[5] Hyunadan təsirlənərək K-popa maraq göstərmişdir.[6]
Şuhua 2016-cı ilin mayında "Cube Entertainment" tərəfindən keçirilmiş seçimləri keçmişdir.[7] Təcrübəçi olmazdan öncə liseydə birinci sinfi oxumuşdur.[8][9][10] O, xarici ölkəyə köçmək barəsində narahat olsa da, müğənni olmaq arzusunu gerçəkləşdirmək üçün Cənubi Koreyaya gəlmişdir. Təcrübəçi olduğu ilk vaxtlarda üzləşdiyi əsas çətinlik dil olmuşdur.[9] 2017-ci ilin sentyabrında "10cm" qrupunun "Pet" musiqi videosunda peyda olmuşdur.[11]
Şuhua 2 il təcrübəçi olduqdan sonra 2 may 2018-ci ildə "(G)I-dle" qrupunda "I Am" minialbomu və "Latata" mahnısı ilə debüt etmişdir.[6][12] 2019-cu ildə keçirilmiş 16-cı İdol Atletika Çempionatında gimnastika üzrə bürünc medal qazanmışdır.[13] 2020-ci ildə qrup yoldaşı Uqi ilə birlikdə bir yemək müsabiqəsi verilişində iştirak etmişdir.[14] 2023-cü ildə "Workdol" verilişinin aparıcısı seçilmişdir.[15] Sağlamlığındakı problemlərə görə 8 fevral 2024-cü ildə fəaliyyətinə kiçik fasilə vermişdir.[16] 21 mart 2024-cü ildə qayıtmışdır.[17]
Şuhua 2024-cü ilin aprelində "Robinmay" qadın çantaları brendinin[18] və "D+AF" ayaqqabı brendinin səfiri seçilmişdir.[19]