Şorabad (əvvəlki adları: Sovetabad; Şurakənd; Şuraabad) — Azərbaycan Respublikasının Xızı rayonunun Şorabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Şuraabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Şuraabad kənd Soveti ləğv edilərək, Şuraabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şuraabad qəsəbə Soveti yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[3]
Şorabad | |
---|---|
40°49′08″ şm. e. 49°28′19″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
XIV–XV əsrlərdə qəsəbə Qılızı, XIX əsrin axırıdan 1925-ci ilə qədər Mikayılabad, 1930-cu ilə qədər Sovetabad, 1930-cu ildən sonra isə Şurabad adını daşıyır. Onların kökündəki "şura" sözü ruscadakı "sovet" sözünün azərbaycancadakı köhnə adıdır.
Bu yaşayış məntəqəsinin əsl adı Şorabad olmuşdur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi Şorabad kimi qeydə alınmış, Sovet hakimiyyəti illərində isə adı Şuraabad (Sovet kəndi) kimi rəsmiləşdirilmişdir.[4]
Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[3]
Şurabad qəsəbəsi qədim tarixə malikdir. Tarixçilərin və yaşlı əhalinin dediyinə görə Şurabad qəsəbəsinin tarixi XII əsrlərə gedib çıxır. Qəsəbə müəyyən illər ərzində müxtəlif şəhər və rayonların tabeliyində olub (Altıağac, Binəqədi, Sumqayıt, Abşeron). 1991-ci ildən Xızı rayonunun tabeliyindədir.
Qəsəbədə 5 yerdə qədim qəbirstanlıqlar mövcuddur. Bu məzarlıqlarda bir çox sərdabələr, daş kitabələr müasir dövrə qədər gəlib çatmışdır. Bundan başqa, qəsəbədə XVII əsrə aid qədim hamam, Şah Abbas dövrünə aid Ovdan və Karvansara, Şurabad Cümə məscidi var. Çox təəssüflər olsun ki, Karvansara sökülüb daşlarından köhnə məktəb binası tikilib və bugünkü dövrə gəlib çatmamışdır.
Şorabad qəsəbəsi Xəzər dənizinin sahilində[4], Bakı-Quba avtomobil yolunun kənarında yerləşir[5]. Ən yaxın kəndlərdən biri Yaşma kəndidir ki, hazırda da orada məskunlaşma var.
1935–1950-ci illərdə kənddə 35–40 evin olduğu yaşlı sakinlər tərəfindən söylənilir. Lakin İkinci Dünya müharibəsi illərindən sonra kəndin əhalisi azalmışdır.
1986-ci ildə əhalisi 1420 nəfər təşkil edirdi[5].
Əhalisi əsasən balıqçılıqla məşğuldur.
Xızı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |