. Love.az

Esref Allahverdiyev - Wikipedia - Love.az

Ana Səhifə - Esref Allahverdiyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Əşrəf Gülməmməd oğlu Allahverdiyev (15 may 1904, Evoğlu, Tərtər rayonu – 6 dekabr 1983, Bakı) — ictimai siyasi dövlət xadimi, Azərbaycan SSR-in əməkdar mühəndisi.

Əşrəf Allahverdiyev
Əşrəf Gülməmməd oğlu Allahverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 may 1904(1904-05-15)
Doğum yeri
  • Evoğlu, Tərtər rayonu, Azərbaycan
Vəfat tarixi 6 dekabr 1983(1983-12-06) (79 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Fəxri Xiyaban
Təhsili
  • Bakı Ali Partiya Məktəbi,
  • Bakı Dövlət Universiteti,
  • Moskva Dövlət Universiteti
Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar inşaatçısı — 1966

Həyatı

redaktə

Əşrəf Allahverdiyev 15 may 1904-cü ildə Tərtər rayonunun Evoğlu kəndində tacir ailəsində anadan olmuş, əvvəl molla məktəbində oxuduqdan sonra Bərdə rus-tatar məktəbində təhsilini davam etdirmişdir. 1920–1926-cı ildə Bakı Ali Partiya Məktəbində, Azərbaycan Dövlət Universitetində, 1926–1931-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almışdır. 1933-cü ilədək Moskva elmi-tədqiqat avtotraktor institutunda elmi işçi işləmişdir. 1933–1939-cu illərdə Azərbaycana qayıdaraq Kürdəmir rayonu maşın traktor stansiyasının (MTS) direktoru işləmiş sonra Amerika Birləşmiş Ştatlarına bir illik avtomexanika kursuna göndərilmişdir, Amerika Birləşmiş Ştatlarından qayıtdıqdan sonra Azərbaycan Respublikası Torpaq Komisarlığında şöbə müdiri vəzifəsinə təyin olunmuşdur.[mənbə göstərilməlidir]

1940–1949-cu illərdə Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Nazirlər Sovetinin SSRİ Nazirlər Soveti yanında daimi nümayəndəsi vəzifələrində çalışmış, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[1]

1949-cu ildə SSRİ Nazirlər Soveti yaninda Kür-Araz Su Qurğuları Baş İdarəsinə rəis müavini təyin edilib və 25 il bu trestdə işləyib yaratmışdır, Yuxarı-Qarabağ, Yuxarı-Şirvan, Samur-Dəvəçi, Bəhramtəpə su qovşağı, Ceyranbatan və Ağstafa su anbarlarının müəlliflərindəndir.[2]

Əşrəf Allahverdiyev 6 dekabr 1983-cü ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

Mükafatları

redaktə

Əşrəf Allahverdiyevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib O Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və digər medallarla təltif olunub, ona Azərbaycan SSR Əməkdar Mühəndisi fəxri adı verilib.[3]

İstinadlar

redaktə
  1. ↑ B. İbrahimov, "Kişi ömrü yaşayıb Əşrəf", "İnşaatçı" qəzeti, 02.09.1997
  2. ↑ "Tarixdə bu gün: 15 may — Azərbaycanın dövlət xadimi Əşrəf Allahverdiyev". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
  3. ↑ "ATK-nın ensiklopediyası", səh.33–34
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əşrəf_Allahverdiyev&oldid=8129496"
LOVE.AZ