. Love.az

Ebulhesen Mirze Qovanli Qacar - Wikipedia - Love.az

Ana Səhifə - Ebulhesen Mirze Qovanli Qacar

Əbülhəsən mirzə Məhəmmədtağı mirzə oğlu Qovanlı-Qacar (1847–1919)—şair, siyasətçi.

Əbülhəsən mirzə Qоvanlı-Qacar
Əbülhəsən mirzə Məhəmmədtağı mirzə оğlu Qоvanlı-Qacar
Doğum tarixi 1847
Doğum yeri Təbriz, İran
Vəfat tarixi 1919
Vəfat yeri Tehran, İran
Vəfat səbəbi səpmə yatalaq
Dəfn yeri
  • Şah Əbdüləzim türbəsi
Fəaliyyəti fəqih, yazıçı, şair

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Mənbə
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Əbülhəsən mirzə Məhəmmədtağı mirzə oğlu 1847-ci ildə Təbriz şəhərində dünyaya göz açmışdı. Mədrəsə təhsili almışdı. Şair və yazıçı idi. Heyrət təxəllüsü, Şeyxürrəis ləqəbi vardı. Bir müddət о, Iran şəhərlərinə Misir, Hindistan və Osmanlı ölkələrinə səyahət etmiş, "Ittihadül-islam", "Kitabül-əbrar" ("Azad adamlarının kitabı") və "Müntəxəbi-nəfis" kimi bir neçə əsər yazmışdır. Onun fars və ərəb dillərində seçilmiş şeirlərindən və nəsr yazılarınldan ibarət olan son əsəri hicri qəməri 1312 (1894)-ci ildə Bombeydə çap edilmişdir.

Bu kitabın müəllifi (M. Tərbiyət) Iran Məclisi Şurasının ikinci çağırışı üçün Təbrizdən nümayəndə seçildiyi zaman Şeyxürrəis də Mazandarandan nümayəndə seçilmişdir. Şeyxürrəis aşagıdakı qəzəli Məclisi Şurada siyasi qruplar arasında olan ixtilaflar haqqında ixtisarla nəzmə çəkmişdir:


Məclis bəzəyən ayım, о qaşlarındır hilal,

Gözlərin inqilabi, qamətindir etidal.

Rəqsindir irtican, adındır imtinai,

Vüsalın ictimai hicranındır ixtilal.

Gözəllərin gözəli, biz arıqıq, sən ətli,

Bir azadlıq ver bizə, sərv boylu liberal.

Birləşmiş firqələrdə Demokrat firqəsinin,

Birləşməsi uzaqdır, məncə bu mahal xəyal.

Bu müqəddəs məclisdə bel bükülmüş mən yazıq,

Bədii bir şeir dedim, düşünmədən mən dərhal.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.

Həmçinin bax

redaktə
  Vikimənbədə Müəllif:Əbülhəsən mirzə Qоvanlı-Qacar ilə əlaqəli mətnlər var.
  • Qacarlar

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbülhəsən_mirzə_Qovanlı-Qacar&oldid=8121995"
LOVE.AZ