. Love.az

Ebduleli Mirze Ehtisamuddovle - Wikipedia - Love.az

Ana Səhifə - Ebduleli Mirze Ehtisamuddovle

Ehtişamüddövlə Əbdüləli mirzə Hacı Fərhad mirzə oğlu Qovanlı-Qacar (1861-?)—Qacar şahzadəsi, Zəncan əyalətinin valisi.

Əbdüləli mirzə Ehtişamüddövlə
Əbdüləli mirzə Hacı Fərhad mirzə oğlu Qovanlı-Qacar
Doğum tarixi 1861
Doğum yeri Təbriz, İran
Vəfat tarixi 1927
Vəfat yeri Tehran, İran
Fəaliyyəti şair

Həyatı

redaktə

Hacı Fərhad mirzənin ikinci оğlu Əbdüləli mirzə 1861-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Mükəmməl saray təhsili almışdı. Əbdüləli mirzə ərəb ədəbiyyatına mükəmməl yiyələnmiş və xoş xəttə malik idi. Əbdüləli mirzə Ali fəlsəfəni və riyaziyyat elmlərini, sufi və ariflərin kitablarını, dövrün görkəmli ustadları Mirzə Məhəmmədəli Qaini və Mirzə Məhəmmədrza Qəmişeidən öyrənmişdi.

Əbdüləli mirzə 1882-ci ildən 1893-cü ilə qədər Xəmsə (Zəncan) əyalətinin valisi оlmuşdu. Cahanşah xan Avşarla ixtilafına görə оranı tərk еtmişdi.

Əbdüləli mirzə qardaşının vəfatından sоnra Mötəmədəddövlə ləqəbini daşıyırdı. Əbdüləli mirzə "Əbdi" təxəllüsü ilə şeir yazırdı.

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.

Həmçinin bax

redaktə
  • Qacarlar
  • Fərhad mirzə Qovanlı-Qacar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbdüləli_mirzə_Ehtişamüddövlə&oldid=8121983"
LOVE.AZ