. Love.az

Ebdulmalik Ibn Abdullah Cuveyni - Wikipedia - Love.az

Ana Səhifə - Ebdulmalik Ibn Abdullah Cuveyni
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Cüveyni.
Bu məqalə fəqih haqqındadır. tarixçi üçün Əlaəddin Ataməlik Cüveyni səhifəsinə baxın.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

Əbdülmalik ibn Abdullah ibn Yusuf ibn Abdillah ibn Yusuf ibn Muhəmməd ibn Həyəveyh əl-Cuveyni, ən-Neysəburi, əş-Şafi (1028—1085, Nişapur) — İslam alimi.

Əbdülmalik ibn Abdullah Cüveyni
ərəb. أبو المعالي الجويني‎
Doğum tarixi 17 fevral 1028[1][2][…]
Doğum yeri
  • Nişapur, İran[2][5]
Vəfat tarixi 20 avqust 1085(1085-08-20)[3][4][…] (57 yaşında)
Vəfat yeri
  • Nişapur, İran[6]
Elm sahələri fiqh, Usuliddin, kəlam
Tanınmış yetirmələri Əbu Hamid əl-Qəzali[7]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

O, Abdulməlik ibn Əbi Muhəmməd Abdillah ibn Yusuf ibn Abdillah ibn Yusuf ibn Muhəmməd ibn Həyəveyh əl-Cuveyni, ən-Neysəburi, əş-Şafidir. Əbu-l-Məali, İmamu-l-Hərameyn, zamanının nadiri, imamı, fəqihi və üsulçusudur. Şafi üləmasındandır. Şafi məzhəbinə dair fiqh kitablarında “İmam” zikr olunduqda o qəsd olunur. Hicri 419-cu ildə dünyaya gəlib. Atası Əbu Muhəmməd əl-Cuveyni də dövrünün fəqihlərindən və fəzilət sahiblərindən idi.

Elmi atası Əbu Muhəmməd əl-Cuveyni, İskaf əl-İsfəraini, Əbu Abdillah əl-Xabbazi, Əbu Nəim əl-İsfahani, Xorasanda şafilərin şeyxi olan Qazi Hüseyn əl-Mərvəzidən və bir çox üləmadan almışdır.

Tələbələri arasında Hüccətul İslam Əbul-Həmid əl-Ğazali, İbnul-Muzəffər ən-Neysəburi, əl-Hərrasi, İbnul-Quşeyri və başqa bir çox fəzilətli zatlar yer alır.

Əsərləri arasında şafi məzhəbinin üsulu barəsində yazılmış “əl-Burhan”, “ət-Təlxis”,”əl-Varaqat”, məzhəbin fiqhi barəsində yazılmış və məzhəbə ən çox xidmət etmiş kitablar siyahısında olan “Nihayətu-l-Mətləb” kitabı, həmçinin başqa sahələrdə də bir çox əsərləri mövcuddur.

Əbu İshaq əş-Şirazi buyurur: “Bu imamdan faydalanın, o zamanın bəzəyidir”. Əbu Osman əs-Sabuni demişdir: “Allah pislikləri bu imamdan uzaqlaşdırmışdır” İmam Zəhəbi buyurur: “Böyük imam, şafilərin şeyxidir.” Əbu-l-Həsən əl-Bəxarzi buyurur: “Fiqhi əş-Şafinin fiqhi, ədəbiyyatı əl-Əsmainin ədəbiyyatı, gözəl vəzi əl-Həsənu-l-Bəsrinin vəzidir.”

İmam hicri 478-ci ildə vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ https://archive.org/details/al-juwayni-kitab-al-irshad-compressed-compressed_202011/page/n19/mode/2up?q=A+guide+to+conclusive+proofs+for+the+principles+of+belief.
  2. ↑ 1 2 Christian-Muslim Relations 600 - 1500 (ing.). / D. R. Thomas
  3. ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. ↑ ʿAbd al-Malik ibn ʿAbd Allāh Imām al-Ḥaramayn // AlKindi.
  5. ↑ Encyclopædia Iranica (ing.). / N. Sims-Williams, A. Ashraf, H. Borjian, M. Ashtiany USA: Columbia University, 1982. ISSN 2330-4804
  6. ↑ https://www.degruyter.com/document/doi/10.1515/9783112401613-005/pdf. S. 8.
  7. ↑ Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.

Ədəbiyyat

redaktə
  • Кирабаев Н. С. Деформация классической теории халифата: ал-Джувейни. — В книге: Кирабаев Н. С. Политическая мысль мусульманского средневековья. М., 2005. — 256 с. — ISBN 5-209-01948-9 — с.97-108.
  • Hallaq, Wael B. Caliphs, Jurists and the Saljuqs in the Political Thought of Juwayni. The Muslim World 74, no. 1 (1984): 26-41.

Xarici keçidlər

redaktə
  • Имам аль-Харамейн Абуль-Ма’али аль-Джувейни Arxivləşdirilib 2013-05-25 at the Wayback Machine / IslamIng.Ru
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbdülmalik_ibn_Abdullah_Cüveyni&oldid=7903606"
LOVE.AZ