. Love.az

Ebdulqedir Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Ebdulqedir Pasa

Əbdülqədir Paşa (v. 1685, Rodos, Osmanlı imperiyası) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.

Əbdülqədir Paşa
Kaptan-ı dərya
dekabr 1661 – mart 1662
ƏvvəlkiHüsambəyzadə Əli Paşa
SonrakıMərzifonlu Qara Mustafa Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1685
Vəfat yeri
  • Rodos, Osmanlı imperiyası
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Doğum tarixi məlum deyil. Atası Sultan Mehmed dönəminin kaptan-ı dəryalarından Hüsambəyzadə Əli Paşadır. Bu səbəblə bəzi mənbələrdə Hüsambəyzadə olaraq anılır. Dərya bəylərindən olub, atasının vəfatının ardından 1661-ci ilin dekabrında kaptan-ı dəryalığa gətirildi. Ancaq 2 ay sonra vəzifədən alınaraq Rodos bəylərbəyi, 1663-cü ildə isə Sivas sancaqbəyi olaraq təyin edildi. Ardından ikinci dəfə Rodos bəylərbəyliyinə təyin edilsə də, çox keçmədən kaptan olaraq Qara dənizə göndərildi. 1680-ci ildə Mustafa Paşanın vəfatı ilə başsız qalan Osmanlı donanmasını İstanbula gətirmişdir. Bu xidməti mükafatlandırıldı və üçüncü dəfə Rodos bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 1685-ci ildə vəfat etdi.

Mənbə

redaktə
  • Sicill-i Osmani I, səh. 132
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbdülqədir_Paşa&oldid=7890729"
LOVE.AZ