Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski (12 iyun 1908[1], Düdəngə, Şərur rayonu – 20 noyabr 1954, Yuxarı Bavariya) — İkinci dünya müharibəsində Azərbaycan legionunun başçısı. ABŞ-nin "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının baş redaktoru olub.[2]
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski | |
---|---|
Əbdürrəhman bəy Əli bəy oğlu Fətəlibəyli | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 iyun 1908(1908-06-12)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1954(1954-11-20) (46 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Üçüncü Reyx, Amerika Birləşmiş Ştatları |
Qoşun növü | Qızıl Ordu, Heer (Vermaxt) |
Xidmət illəri | 1939-cu ildən |
Rütbəsi | mayor |
Döyüşlər | |
Təltifləri |
![]() |
![]() |
Əbdurrəhman bəy Fətəlibəyli-Düdənginski 1908-ci ilin iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində anadan olub.
Tiflisdəki hərbi-piyada məktəbini bitirib, sonra Azərbaycan diviziyasında xidmət edib. Moskvada Hərbi Akademiyada təhsil alıb. Minbaşı (mayor) rutbəsində olmuşdur.
Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. "Əlincə yaddaşı, Naxçıvan, 1914–1992" kitabında yazılır: "Arpa çayının sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri dövlət aparatlarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan bir qayda olaraq qəzanın mirabı seçilərdi.
1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanım Qazıyeva ilə evlənmişdir. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada aparmış və 1940-cı ilə qədər burada yaşamışlar. 1938-ci ildə Leninqradda ilk övladı Əli anadan olub.[3]
Ə. Düdənginski olduqca bacarıqlı bir zabit idi. O, 1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləmişdir. 1940-cı ilə Sovet Ordusu hissələri Baltikyanı respublikalarını işğal etikdən sonra Ə. Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilmiş, orada almanlara əsir düşmüşdür.
İkinci Dunya müharibəsində Leninqrad hərbi dairəsinin qərargahında xidmət etmiş, 6-cı şöbənin rəisi olmuşdur. Sonradan almanların tərəfində bolşeviklərə qarşı vuruşmuşdur. Müharibədən sonra АBŞ Konqresinin maliyyələşdirdiyi Azadlıq Radiosunun Azərbaycan redaksiyasının, eyni zamanda "Azərbaycan" jurnalının (Ceyhun bəy Hacıbəyli ilə birlikdə) baş redaktoru olub.
1954-cü ilin noyabrın 20-də Əbdürrəhman bəy Fətəlibəyli Münxenin Alpenplate-6 adlı meydanındakı bir mənzildə qətlə yetirilib. Qatil Mikayıl İsmayılov adlı sovet kəşfiyatçısı olub[4] Polisin ilk anda apardığı təhqiqat ölənin Mikayıl İsmayılov adında birinin, qatilin də Fətəlibəyli olduğu şübhəsini yaratmışdı. Bu şübhənin əsası ölünün üzərində rus qaçqını İsmayılova aid pasport və paltarın olması, digər tərəfdən cinayətin İsmayılovun evində törədilməsi faktı idi. Bu vəziyyətə görə cəsəd İsmayılova aid olur, qatil Fətəlibəyli də qaçmış hesab edilir. Lakin daha sonra dərinləşdirilən təhqiqat bu nəticənin tamamilə tərsinə — öldürülənin Fətəlibəyli adında qafqazlı bir türk, qatilin də İsmayılov olduğunu və İsmayılov bu cinayəti işlədikdən sonra öz paltarlarını Fətəlibəyliyə geyindirib və pasportunu alaraq qaçdığını ortaya çıxardı.[5]
5 dekabr tarixində Fətəlibəylinin cənazəsi azərbaycanlı dostları tərəfindən Neu Ulm məzarlığına köçürülür. Bu ikinci cənazə mərasimi, ikinci dəfndir. Bu fərqlə ki birinci mərasim və dəfn İsmayılov üçün edilmişdi.[6] Fətəlibəyli Münhen yaxınlığında Nyu-Ulm şəhərindəki qəbiristanlıqda qardaşı Seyfullanın məzarı yanında dəfn edilib.[4]
Vikimənbədə Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin general L.Biçeraxova açıq məktubu ilə əlaqəli mətnlər var. |