. Love.az

Ebdurrehman Ibn Rebie - Wikipedia - Love.az

Ana Səhifə - Ebdurrehman Ibn Rebie

Əbd ür-Rəhman ibn Rəbiə ərəb: (عبدالرحمن بن ربيعة) — erkən Xilafət dövrü ərəb sərkərdəsi. Ehtimal ki, xəlifə Ömərin vaxtında Xilafətin Azərbaycanda hərbi canişini Salman ibn Rəbiə əl-Bəhilinin qardaşıdır.

Əbdürrəhman ibn Rəbiə
ərəb. عبدالرحمن بن ربيعة‎
Şəxsi məlumatlar
Vəfat tarixi 652
Vəfat yeri
  • Dağıstan, Rusiya
Hərbi fəaliyyəti
Rütbəsi general
Döyüşlər
  • Xəzər—ərəb müharibələri

Təbəriyə görə 642–643-cü ildə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbdürrəhman ibn Rəbiə əl-Bəhilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr etdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl -Beyda şəhərinə çatıb onu işğal etdilər.[1] Lakin Bələncər yaxınlığında xəzərlər ərəbləri məğlub etdi və onların komandanı Əbd-ür-Rəhman ər-Rəbiəni öldürdülər.[2]

Həmçin bax

redaktə
  • Xəzər-ərəb müharibələri

İstinadlar

redaktə
  1. ↑ Təbəri, I, 2668
  2. ↑ yenə orada, I, 2668-2669-2871.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbdürrəhman_ibn_Rəbiə&oldid=7947552"
LOVE.AZ