. Love.az

Ebil Yusif - Wikipedia - Love.az

Ana Səhifə - Ebil Yusif

Əbil Yusif (Əbil Məhəmməd oğlu Yusifov, 31 yanvar 1910, Ordubad - 29 mart 1984, Bakı) — dramaturq, nasir, İkinci Dünya müharibəsinin iştirakçısı.

Əbil Yusif
Əbil Məhəmməd oğlu Yusifov
Doğum tarixi 31 yanvar 1910
Doğum yeri Ordubad rayonu
Vəfat tarixi 29 martr 1984
Vəfat yeri Bakı, Azərbaycan

Mündəricat

  • 1 Həyat və fəaliyyəti
  • 2 Təltifləri
  • 3 Həmçinin bax
  • 4 Mənbə

Həyat və fəaliyyəti

redaktə

Əbil Yusifov 31 yanvar 1910-cu ildə Ordubad şəhərində anadan olub. Naxçıvan Pedaqoji Texnikumunu, Yerevan Kənd Təsərrüfatı İnsitutunu (1932-ci il), Moskvada K.A. Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında, eyni zamanda Dil və Fəlsəfə insitutunda oxumuşdur. Azərbaycan Mətbuat İdarəsində baş siyasi redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri olmuş (1937-1940-cı illər), cəbhə qəzetlərində çalışmışdır. Azərbaycan Teleqraf Agentliyində redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində baş redaktor işləmişdir. "Babek", "Ramiz", "Odlar içində", "Yadigar", "Məhəbbət abidəsi", "Vətən" pyesləri tamaşaya qoyulmuşdur. "səngərdən gələn səslər", "Bir güllə", "Qızıl gül", "Şeypur səsləri" povestləri, hekayələri, cəbhə xatirələri var.

Təltifləri

redaktə

2 "Qırmızı Ulduz", II dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunmuşdur.

Həmçinin bax

redaktə
  • İbrahim Yusifoğlu

Mənbə

redaktə

Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası. 2002. səh. 348. ISBN 5-8066-1468-9.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbil_Yusif&oldid=7908842"
LOVE.AZ