. Love.az

Ebrequnis Rayonu - Wikipedia - Love.az

Ana Səhifə - Ebrequnis Rayonu

Əbrəqunis rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1930–1949-cu illər ərzində mövcud olmuş inzibati ərazi vahididir. İnzibati mərkəzi Əbrəqunus kəndi olmuşdur.

Əbrəqunis rayonu
39°09′ şm. e. 45°39′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan SSR
  •  SSRİ
Tarixi və coğrafiyası
Əsası qoyulub 8 avqust 1930
Ləğv olunub 5 yanvar 1949
Sahəsi
  • 800 km²
Əhalisi
Əhalisi
  • 9.413 nəf. (1939)
Xəritəni göstər/gizlə
Əbrəqunis rayonu xəritədə
Əbrəqunis rayonu
Əbrəqunis rayonu

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhali
  • 3 Mətbuat
  • 4 İstinadlar

Tarixi

redaktə

Əbrəqunis rayonu 8 avqust 1930-cu ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının inzibati vahidi olaraq yaradılmışdır.[1] Heyvandarlıq, arıçılıq, üzümçülük və əkinçilik rayonu olmuşdur.

Əbrəqunis rayonu 5 yanvar 1949-cu il tarixində ləğv edilmiş, ərazisi isə Culfa rayonuna birləşdirilmişdir.[2]

Əhali

redaktə

1939-cu il siyahıyalınması üzrə rayon əhalisi 9.413 nəfər olmuşdur. Onlardan 87,3%-i azərbaycanlı, 11,8%-i isə erməni olmuşdur.[3]

Mətbuat

redaktə

Rayon ərazisində 1932–1948-ci illərdə "Zərbəçi heyvandar" qəzeti nəşr edilmişdir.[4][5]

İstinadlar

redaktə
  1. ↑ Әбрәгунис рајону // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 129.
  2. ↑ Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 г. (6000 nüs.). Баку: Азербайджанское гос. изд-во. 1977. səh. 218.
  3. ↑ "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР". Демоскоп. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  4. ↑ Газеты СССР. 1917—1960. 5. Москва: "Книга". 1984. səh. 12.
  5. ↑ http://anl.az/down/meqale/azerbaycan/2010/iyul/128244.htm
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbrəqunis_rayonu&oldid=7976820"
LOVE.AZ