Əbu Abdullah əl-Hüseyn ibn Əli ibn İbrahim əl-Bəsri əl-Kəğadi (ərəb. أبو عبد الله البصري; ən tezi 902 və ən geci 920[1], Bəsrə – 980[2], Bağdad) — Mötəzilənin ən qabaqcıl kəlam alimlərindən biri, hüquqçu.[3]
Əbu Abdullah əl-Bəsri | |
---|---|
ərəb. أبو عبد الله البصري | |
Doğum tarixi | ən tezi 902 və ən geci 920[1] |
Doğum yeri | |
Vəfat tarixi | 980[2] |
Vəfat yeri | |
Elm sahələri | kəlam, fiqh |
Elmi rəhbəri | Əbu Həsən əl-Kərxi |
Mənbələrdə onun doğum tarixinin hicri 289 (902), 293 (905) və 308-ci (920) illər olduğu qeyd olunmuşdur. "Peyin böcəyi" mənasına gələn Cuəl ləqəbi ilə tanınsa da, Mötəzilə və Hənəfi mənbələrdə bu ləqəbdən bəhs olunmur.
Böyük ehtimalla, 311 (923) ildən daimi təhlükə mənbəyi olan Qərməti təhlükəsindən qurtulmaq məqsədilə gənc yaşlarında Bəsrədən ayrılmışdır. Həmin dövrdə Əskəri-Mükrəm şəhərində yerləşən və Mötəzilənin Bəsrə məktəbinin nümayəndələri hesab olunan Əbu Haşim əl-Cübbai və onun tələbəsi Əbu Əli ibn Həllad əl-Bəsridən faydalanmışdır. Səyi və çalışqanlığı sayəsində onların səviyyəsini də aşmışdır.[4] Ömrünün böyük bir hissəsini Bağdadda keçirmişdir. Uzun müddət məşhur Hənəfi fəqih Əbu Həsən əl-Kərxinin dərslərində iştirak edərək Hənəfi fiqhini öyrənmişdir.
Qazı Əbdülcəbbar, Natiq Bilhəq, Əhməd ibn Hüseyn Müəyyəd-Billah və Şeyx Müfid ondan elm öyrənmişdir.[3]
Mənbələrdə Əbu Əbdullahın təxminən iyirmiyə yaxın əsərinin olduğu qeyd olunur, lakin bu əsərlərdən hansının dövrümüzə qədər gəlib çatdığı dəqiq müəyyən edilməmişdir. Onun kəlam elmi ilə bağlı olduğu anlaşılan bəzi əsərləri bunlardır:
Bu sahəyə aid digər əsərləri bunlardır:
Mənbələrdə fiqhə dair aşağıdakı əsərləri də qeyd olunur: