Əbu Bəkr Əhməd ibn Əli Ər-Razi əl-Cəssas əl-Hənəfi (ərəb. ابو بكر أحمد بن علي الجصاص; 918 və ya 917, Rey – 981 və ya 12 iyun 981, Bağdad) — Hənəfi məzhəbinin məşhur fəqihlərindən biri.[1][2] Müctəhid.[1]
Əbu Bəkr əl-Cəssas | |
---|---|
![]() | |
Doğum tarixi | 917 və ya 918 |
Doğum yeri | |
Vəfat tarixi | 981 və ya 12 iyun 981 |
Vəfat yeri | |
Elm sahələri | islam etiqad məzhəbləri[d], fiqh, təfsir |
Əbu Bər əl-Cəssas Reydə (hazırkı İran) anadan olduğuna görə ləqəbi "ər-Razi"dir. 25 il Reydə yaşamışdır. Rəydə yaşadığı bu 25 il haqqında mənbələr heç bir məlumat vermirlər. 937-ci ildə elm dalınca Bağdada gəlmiş və burada da yaşamışdır. Müəllimi Əbu Həsən əl-Kərxidən fiqh dərsləri almışdır. Onun Bağdaddakı həyatı haqqında da bir məlumat yoxdur. Ancaq şiddətli qıtlıq səbəbiylə bir dəfə Əhvəzə, bir dəfə də əl-Hakim ən-Nişaburi ilə Nişabura getmişdir. Bu sonuncu səyahətinə şəxsən müəllimi əl-Kərxi icazə vermişdir. Lakin şeyxi, o Nişaburdaykən, Bağdadda vəfat etmiştir. Müəlliminin ölümündən sonra onun yerini alan Cəssas, Bağdadda elm və fətva ilə məşğul olmuş və davamlı tələbə oxutmuşdur. O da 981-ci il tarixində, bazar günü 65 yaşlarında Bağdadda vəfat etmişdir.[3]
Əbu Həsən əl-Kərxi (874-951). Cəssasın hər mövzuda özündən bəhs etdiyi və ən çox istifadə edib təsirində qaldığı müəllimi əl-Kərxidir. Geniş elmi sayəsində Hənəfilərin rəisi qəbul edilmiş, müctəhid, zühd və təqva sahibi bir kimsədir. Qazilik etməmiş, amma bir çox elm adamı yetişdirmiş fəzilətli bir alimdir. "Müxtəsər fil-Fiqh", "əl-Camius-Sağir" və "əl-Camiul-Kəbir" şərhləri, Hənəfilər tərəfindən əsas alınan "üsul qaidələri"ni (Qəvaidul-Külliyyə) ehtiva edən otuz doqquz qaidəlik mətbu bir də üsul kitabı vardır.
Cassas hər biri öz sahəsində böyük bir qiyməti olan bir çox müəllimdən istifadə etmiş və özü də elm və mədəniyyətdə təmayüz etmə imkanı tapmışdır. Müctəhid mərtəbəsinə yüksəlmiş, qüdrətli və çox tərəfli bir alim olan Cəssas, daha çox özünü fiqh, fiqh üsulu, hədis və təfsir sahələrində verdiyi əsərləriylə qəbul etdirmiş və təsirini zamanımıza qədər davam etdirmişdir.
Heç vəzifədə olmayan, yəni qazılıq etmədən yalnız dərs oxudan Cəssasın bir çox, tələbəsi vardır ki, onlardan bəziləri bunlardır:[4]
Cəssas, bir çox əsər yazmışdır. Bunların çoxu furu fiqhə aiddir və bu əsərlərdən bir qisimi bizə qədər gəlmişdir. Bir qisiminin də yalnız adları məlumdur. Bizə qədər gələn əsərləri bunlardır:[5]
Cəssas, Hənəfi fəqihlərinin ən məşhur olanlarından biridir. Bu məşhur fəqih haqqında əl-Xətib belə demişdir:
"O, zamanında Hənəfi məzhəbi mənsublarının imamı idi"
Bundan başqa onun müctəhid olduğu xüsusu da ittifaqla qəbul edilmiş lakin müctəhidliyinin dərəcəsi haqqında ittifaq edilməmişdir. Taşköprüzadə Cəssası 4-cü təbəqədən yəni Təxric əhlindən saymışdır[8]. Buna qarşılıq Ləknəvi, Ömər Nəsuhi Bilmən, Ömər Rıza Kəhhalə, Əbu Zəhra vs. kimi alimlər, bu fikirə şiddətlə qarşı çıxaraq Cəssasın Hənəfi fəqihləri arasında təmayüz etmiş olan digər müctəhidlərin fikirlərinə də muttali olduğunu, fiqhi məsələlər haqqında uzun-uzun tədqiqlərdə olduğunu, müctəhidlərin ə mövzudakı fikirlərini ayrı-ayrı yazdığını, bunların dəlilləri sənədləriylə birlikdə bildirdiyini, əsərlərinin dəyərinin də göz önünə alaraq onun "Məzhəbdə Müctəhid" olduğunu bildirərlər. Cəssasın həyatından bəhs edən əsərlər, onun müəllimi və şeyxi əl-Kərxinin yolunda getdiyini, zühd və təqvada onu izlədiyini yazarlar. Özünə iki dəfə qazılıq etməsi təklif edildiyi halda, bunu qəbul etməmiş, müəllimi də bunu qəbul etməməsini tövsiyə etmişdir.[9]