. Love.az

Ebu Hemid El Qernati - Wikipedia - Love.az

Ana Səhifə - Ebu Hemid El Qernati

Əbu Həmid əl-Qərnati və ya Əbu Məhəmməd ibn Əbdülrəhim ibn Süleyman əl-Məzəni əl-Qəlisi əl-Qərnati əl-Əndəlusi (ərəb. أبو حامد الغرناطي‎; 1080[1][2][…], Qranada – 1170[1][2][…], Dəməşq[3]) — Əndəlüslü səyyah və coğrafiyyaçı.[4]

Əbu Həmid Qərnati
ərəb. أبو حامد الغرناطي‎
Doğum tarixi 1080[1][2][…]
Doğum yeri
  • Qranada, Zirilər sülaləsi
Vəfat tarixi 1170[1][2][…]
Vəfat yeri
  • Dəməşq, Böyük Səlcuq imperiyası[3]
Elm sahələri fiqh, səyahət

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Mənbə
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əbu Həmid əl-Qərnati hicri 473-cü ildə (1080–1081-ci il) Qranada şəhərində anadan olmuş və ilk təhsilini də bu şəhərdə almışdı.[4] Bu zaman şəhər Əlmoravilər İmperiyasına daxil olan Qranada əmirliyinin mərkəzi idi. Elm və təhsil almaq, müxtəlif ölkələri gəzib-görmək məqsədiylə ölkəsi Əndəlusdan şərqə üz tutan sayyahın hayatı haqqında bilinənlər onun özünün əsərlərində özü barəsində verdiyi məhdud məlumatlara söykənir. Hicri 508-ci ildə (1114–1115-ci il) Misirə gedən Əbu Həmid bir müddət sonra ölkəsinə dönmüşdü. 1117-ci ildə Siciliyaya getmək üzrə ölkəsindən ayrılmış, Sardiniya və Sicilya adalarında olmuş, oradan isə İsgəndəriyyə şəhərinə getmişdi.[4] İsgəndəriyyədən Qahirəyə gəlmiş Əbu Həmid burada əndəluslu məşhur alim Əbu Bəkr Məhəmməd ət-Turtuşi ilə görüşmüş və dərslərinə qatılmışdı. 1122-ci ildə Dəməşq, Bəəlbək və Tədmur şəhərlərini gəzdi. 1123-cü ildə Bağdada yollandı. Burada iki Abbasi vəzirindən (Avnəddin ibn Hübeyrə əş-Şeybani[5] və onun oğlu) maddi və mənəvi dəstək gördü. Bir müddət sonra Bağdaddan Asiya və Şərqi Avropa istiqamətində səyahətinə davam etdi. 1130-cu ildə indiki İran ərazisindən keçərək Qafqaza, oradan da yuxarı Volqaboyu ərazilərə getdi. 1135–1136-cı illərdə buradakı Bulqar torpaqlarını və Macar hakimiyyəti altında olan Başqırd bölgəsini dolaşdı, bu torpaqlarda yaşayan müsəlmanlara dini məlumatlar öyrətdi. Geriyə, Bağdada dönmək üçün yola düşdü, istiqamətini dəyişərək dönüş yolunu Xorəzmdən saldı. Buxara və və Mərvi gəzdikdən sonra, Nişapura oradan Reyə, İsfahana və Bəsrəyə getdi. Bağdada dönmədən Həcc ziyarəti üçün Məkkəyə yollandı, bu şəhəri və Mədinəni gəzdi. Daha sonra şimala doğru Nəcd çölünü keçib cənubdan İraqa daxil oldu.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France Muḥammad ibn ʿAbd al-Raḥīm ibn Sulaymān Abū Ḥāmid al- Ġarnāṭī // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 3 4 varios autores Abu Hamid al-Garnati // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
  3. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #10242859X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. ↑ 1 2 3 "Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi", Ankara, Türkiye Diyanet Vakfı Yayınevi, 1999, Cilt X, sayfa 128
  5. ↑ Dəqiqləşdirmə: Abbasi vəzirinin tam adı – Əbül-Müzəffər ibn Hübeyrə Avnəddin Yəhya bin (Hübeyrə bin) Məhəmməd bin Hübeyrə əş-Şeybani əd-Duri əz-Züheli əl-İraqi (miladi tarixlə d. ? dekabr/yanvar 1105/1106 – ö. 28 mart 1165; hicri tarixlə d. ? rəbiülaxır 499 – ö. 13 cəmadiyələvvəl 560)

Mənbə

redaktə
  • Carl Brockelmann: Geschichte der arabischen Litteratur. Erster Supplementband. Brill: Leiden 1937, S. 877–878.

Xarici keçidlər

redaktə
  • Абу Хамид ал-Гарнати
  • әл-Гарнати́ (الغرناطۑ) Әбү Хәмид Мөхәммәт ибне Габдеррәхим әл-Андалуси Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine – Татар энциклопедиясе. Казан, 2010.
  • ал-Гарнати – Электронная чувашская энциклопедия.
  • Путешествия Абу Хамида ал-Гарнати в Восточную и Центральную Европу (1131–1153 гг). М., 1971.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbu_Həmid_Qərnati&oldid=8144089"
LOVE.AZ