Əbu Leys Səmərqəndi (ərəb. أبو الليث السمرقندي; 944, Səmərqənd – 983[1], Səmərqənd) və ya Nəsr ibn Məhəmməf ibn Əhməd ibn İbrahim əs-Səmərqəndi — Hənəfi məzhəbi fəqihi,[2] təfsir və hədis alimi.[3]
Əbu Leys Səmərqəndi | |
---|---|
ərəb. أبو الليث السمرقندي | |
![]() | |
Doğum tarixi | 944 |
Doğum yeri | |
Vəfat tarixi | 983[1] |
Vəfat yeri | |
Elm sahəsi | fiqh |
Səmərqənddə dünyaya gəldiyi ehtimal olunan İmam Əbu Leys, "İmamul-xuda" ləqəbi ilə də tanınır.[2] Atasından etdiyi rəvayətlər nəzərə alınsa, ilk müəlliminin atası olduğunu demək mümkündür. Fiqh sahəsində isə əsas müəllimi "Kiçik Əbu Hənifə" ləqəbi ilə tanınan Əbu Cəfər Hinduvanidir. Elmi şəcərəsi bu yolla Əbu Yusifə qədər gedib çıxır. İmam Əbu Leys Səmərqəndə, Bəlxə, Buxaraya səfər etmişdir. Bu şəhərlərdən başqa Bağdada da getmişdir Oraya gedərək Məhəmməd ibn Məhəmməd ibn Səhl ən-Nisaburidən hədis rəvayət etmişdir. İmam Əbu Leysin digər müəllimləri bunlardır:
Yetişdirdiyi tələblərdən bəziləri bunlardır:
Əbu Leys Səmərqəndi xüsusilə moizə, nəsihət və elmihal sahələrindəki əsərləri sayəsində İslam dünyasının ən tanınmış alimlərindən birinə çevrilmişdir. Onun yazdığı və şöhrətinə görə ona aid edilən əsərlərin bir çoxu Əndəlüsdən İndoneziyaya qədər yayılmış və əsrlər boyu İslam dünyasının bir çox yerində müsəlman cəmiyyətlərinin İslam anlayışına və dini həyatına dərindən təsir etmişdir. Əsərləri müxtəlif müsəlman icmalarının dillərinə tərcümə edilən Əbu Leys şöhrətinin yayıldığı bölgələrdə böyük bir övliya kimi qəbul edilmiş, onun üçün türbələr tikilmişdir. Vəfat etdiyi tarixlər haqqında ziddiyyətlər olsa da onun 21 oktyabr 983-cü ildə vəfat etdiyi güman edilir.[3]
Əbu Leys Səmərqəndinin müxtəlif elmlər haqqında yazdığı çox qiymətli əsərləri vardır. Ən məşhur əsəri "Tənbehül-qafilin" kitabıdır. Bu kitab vəz və nəsihətlə əlaqədar olub, 94 fəsildən ibarətdir. Əbu Leys Səmərqəndinin yazdığı digər əsərləri bunlardır:[2]