Əbu Mehdi əl-Mühəndisi (ərəb. جمال جعفر محمد علي إبراهيمي; 1 iyul 1954[1] – 3 yanvar 2020[2][1]) — Əsasən İraqdakı fəaliyyəti ilə tanınmış Xalq Səfərbərlik Qüvvələrinin (Al-Hashd Al-Sha'abi) komandanı, İran dövlət xadimi.
Əbu Mehdi əl-Mühəndisi | |
---|---|
ərəb. جمال جعفر محمد علي إبراهيميCamal Cəfər | |
![]() Əbu Mehdi əl-Mühəndisi 2018-ci ildə | |
Şəxsi məlumatlar | |
Doğum adı | جمال جعفر محمد علي آل إبراهيم |
Doğum tarixi | 1 iyul 1954(1954-07-01)[1] |
Vəfat tarixi | 3 yanvar 2020(2020-01-03)[2][1] (65 yaşında) |
Vəfat səbəbi | ABŞ Silahlı Qüvvələri tərəfindən Bağdad Beynəlxalq Hava Limanına endirilmiş raket zərbələri nəticəsində öldürülümşdür. |
Dəfn yeri | |
Vətəndaşlığı |
|
Uşağı | 4 |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü | Xalq Səfərbərlik Qüvvələri |
Döyüşlər | |
![]() |
Əl-Mühəndisinin adı daha çox 2014–2015-ci illərdə rəhbərlik etdiyi hərbi biləşmənin İraq Şam İslam Dövlətinə qarşı apardığı uğurlu hərbi əməliyyatlarda hallanmışdır. İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinə olan yaxınlığı ilə bilinirdi.
Bir müddət Katibi Hizbullah təşkilatında rəhbər vəzifələr tutmuş əl-Mühəndisi Səddam Hüseyninin İraq Prezindenti olduğu dövrdə İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində ona qarşı mübarizə aparmışdır. 1980-ci illərdə Küveytdəki fəaliyyətləri səbəbindən barəsində terrorizmin yayılması və dəstəklənməsi iddiaları səslənmişdir.[3] 1983-cü ildə Küveytdə baş vermiş partlayışın təşkilatçılığında ittiham olunaraq Küveyt məhkəməsi tərəfindən haqqında qiyabi olaraq edam cəzası çıxarılmışdır.
Əbu Mehdi əl-Mühəndisi Amerika Birləşmiş Ştatları tərəfindən rəsmən terrorçu kimi tanınmışdır.[4] 2020-ci ilin 3 yanvar tarixində İraqın paytaxtı Bağdad şəhərində yerləşən Bağdad Beynəlxalq Hava Limanına ABŞ Silahlı Qüvvələri tərəfindən endirilmiş raket zərbələri nəticəsində öldürülmüşdür.[5] Hadisə nəticəsində əl-Mühəndisi ilə birlikdə olan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymanidə həlak olmuşdur.[6][7]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |