. Love.az

Ebu Muti El Belxi - Wikipedia - Love.az

Ana Səhifə - Ebu Muti El Belxi

Əbu Muti əl-Bəlxi (ərəb. أبو مطيع البلخي‎) və ya Əbu Muti əl-Həkəm ibn Abdullah ibn Sələmə ibn Əbdürrəhman əl-Bəlxi — Əbu Hənifənin tələbələrindən biri.[1] Fəqih. Bəlx qazısı.[2]

Əbu Muti əl-Bəlxi
ərəb. أبو مطيع البلخي
Doğum tarixi təq. 733
Doğum yeri Bəlx
Vəfat tarixi 814
Vəfat yeri Bəlx
Elm sahəsi fiqh

Bioqrafiyası

redaktə

Mənbələrdə onun haqqında məlumatlar olduqca azdır. Görmə qüsurlu olduğu və Bəlxdə doğulub böyüdüyü rəvayət olunmuşdur. Oğlu onun 84 yaşında Bəlxdə vəfat etdiyini söyləmişdir. Buna görə də onun təqribən 733 ilində anadan olduğunu söyləmək olar.[3] O, fiqh, zühd və təqvası ilə məşhurlaşmışdır. Hişam ibn Həssan, Bəkr ibn Xuneys, İbrahim ibn Təhman, Malik ibn Ənəs, Süfyan əs-Səvri və Əbu Hənifə kimi görkəmli şəxsiyyətlərə tələbəlik etmiş, onlardan elm nəql etmişdir. Əbu Yusif və Abdullah ibn əl-Mübarək onu mədh etmişdir. "əl-Fiqhul-Əbsat" kimi məşhurlaşan digər "əl-Fiqhul-Əkbər" əsərini öz ustadı Əbu Hənifədən o nəql etmişdir. 16 il Bəlxdə qazılıq[3] edən Əbu Muti, 814-cü ildə vəfat etmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Tərcümə və şərh edən: FİZULİ HÜSİYEV, Əbu Hənifə Numan ibn Sabit. əl-Fiqhul-Əkbər (az.). Bakı: İpəkyolu Nəşriyyatı. 2014. 36. ISBN 978-9952-8221-7-5.
  2. ↑ ATEŞYÜREK, Ahmet. IV/X. YÜZYILA KADAR HORASAN VE MÂVERÂÜNNEHİR’DE EHL-İ HADÎS-HANEFÎLİK İLİŞKİSİ (türk). 271.
  3. ↑ 1 2 "Ebu Muti el-Belhi". Archived from the original on 2024-10-07. İstifadə tarixi: 2025-02-20.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbu_Muti_əl-Bəlxi&oldid=8127933"
LOVE.AZ