. Love.az

Ebubekr Mirze Derbendi - Wikipedia - Love.az

Ana Səhifə - Ebubekr Mirze Derbendi
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Əbubəkr (ad).

Əbubəkr Mirzə — şahzadə, Şirvan taxtına son iddiaçı.

Əbubəkr ibn Bürhan Əli
Şirvanşahlar dövlətinin 44. hökmdarı olmağa iddiaçı
1578 – 1583
ƏvvəlkiKavus mirzə Dərbəndi
SonrakıSülalənin sonu
Şəxsi məlumatlar
Doğum tarixi təxm. 1550
Vəfat tarixi 1602
Atası Bürhan Əli
Həyat yoldaşı I Dövlət Gərayın qızı
Dini Sünni İslam

Mündəricat

  • 1 Uşaqlığı
  • 2 Taxta iddiası
  • 3 Ailəsi
  • 4 İstinadlar

Uşaqlığı

redaktə

Bürhan Əlinin oğlu idi. Qardaşı Xələf mirzə Dərbəndi ilə Dağıstana aparılmışdı. Atasının yerini almağa hazır olmadığından, 20 il boyunca Dağıstanda yaşamışdı. Qardaşı kiçik yaşda vəfat etmişdir. 1570-ci ildə Krıma gedərək Krım xanı I Dövlət Gərayın qızı ilə evlənmişdir. Və orada yaşamışdır.

Taxta iddiası

redaktə

1578-ci ildə III Muradın ordusu ilə Şirvana daxil olmuşdu. Və bir neçə il hökmdarlıq etmişdir. Onun adı daha sonra 1583-cü ildə Osman paşa başçılığındakı osmanlılara xəyanət edib İmamqulu xanın başçılığındakı Səfəvilərin tərəfinə keçərkən çəkilir. Əbubəkrin sonrakı taleyi məlum deyil. 1602-ci ildə vəfat etmişdir.[1]

Ailəsi

redaktə

Bürhan Əli adlı bir oğlu olmuşdur.

İstinadlar

redaktə
  1. ↑ Sara Aşurbəyli, Şirvanşahlar dövləti, səh. 135–136
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbubəkr_mirzə_Dərbəndi&oldid=6905801"
LOVE.AZ