Əbul-Yusr Pəzdəvi (fars. أبو اليسر الپزدوي) və ya Məhəmməd ibn Məhəmməd əl-Pəzdəvi (1030[1] – 1100 və ya 1099[1], Buxara[1]) — Hənəfi məzhəbinin alimlərindən biri.[2]
Əbul-Yusr Pəzdəvi | |
---|---|
fars. أبو اليسر الپزدوي | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Pəzdə |
Vəfat tarixi | 1099 və ya 1100 |
Vəfat yeri | Buxara |
Elm sahəsi | fiqh |
Əbul-Yusr Pəzdəvi 1030-cu ildə Pəzdədə dünyaya gəlmişdir. Hənəfi fiqhinin üsul və füru elmində böyük alim olan Əbul-Yusr, Əbu Yaqub Yusif ibn Məhəmməd ən-Nişaburidən elm öyrənib yetişmişdir. Səmərqənddə qazılıq (hakimlik) edən Əbu Yusr, zamanının alimlərin imamı, ən böyüyü hesab olunur. Onun yanına, şərq və qərbdəki hər coğrafiyadan elm öyrənməyə gəlirdilər. "Əbul-Yusr" deyə məşhur olmasının səbəbi, kitablarının yusra, yəni asan başa düşülməsinə çox diqqət yetirməsi idi.[3] Ömər ibn Məhəmməd ən-Nəsəfi onun haqqında belə demişdir:
"Əbul-Yüsr Pəzdəvi, Mavərənnəhrdə əshabımızın, yəni Hənəfi alimlərinin şeyxi idi. İmamların imamı idi. Şərqdəkilərin və qərbdəkilərin sığınacağı oldu. Bütün tələbənin məqsudu idi. Gəlib dərslərində iştirak etmək, istifadə etmək arzusunda idilər. Fiqh elminin üsul və füru məsələlərinə aid təsnifləri və kitabları ilə dünya işıqlanmış, şərəflənmişdi".[2]
Fəxrul-İslam Pəzdəvinin qardaşı olan Əbul-Yusr, 1099-cu il və ya 1100-cü ildə Rəcəb ayının 9-unda[4] Buxarada vəfat etmişdir.[2]
Buxaradan Səmərqəndə köçən Əbul-Yusr burada "qadilqudat" (red — qazılar qazısı) vəzifəsini yerinə yetirmiş, 1088-ci ildə şəhər I Məlikşah tərəfindən mühasirəyə alındıqdan sonra Buxaraya qayıtmışdır. Buxarada dərslər vermiş və münazirələrdə (red — elmi debat) iştirak etmişdir.
Əbul-Yusr Pəzdəvinin dövrümüzə qədər gəlib çatan əsərləri bunlardır: