Ədalət Əbdülsəmədov (tam adı: Ədalət Həsən oğlu Əbdülsəmədov; 17 yanvar 1966) — azərbaycanlı aktyor.
Ədalət Əbdülsəmədov | |
---|---|
Ədalət Həsən oğlu Əbdülsəmədov | |
Digər adı | Ədalət Abdulsəmədov |
Doğum tarixi | 17 yanvar 1966(1966-01-17) (59 yaş) |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | |
Fəaliyyəti | aktyor |
Təhsili |
Ədalət Əbdülsəmədov 17 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr və kino sənəti" fakültəsini bitirib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 1993-cü ildən Teatr Xadimləri İttifaqının üzvüdür. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.