. Love.az

Edalet Esgeroglu - Wikipedia - Love.az

Ana Səhifə - Edalet Esgeroglu

Ədalət Əsgəroğlu (1957, Göyçay - 2013, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi (2000-2013).

Ədalət Əsgəroğlu
Doğum tarixi 1957
Doğum yeri Göyçay
Vəfat tarixi 30 sentyabr 2013
Vəfat yeri Bakı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti yazıçı

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Kitabları
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Ədalət Əsgəroğlu 1957-ci ildə Göyçayda anadan olub.

Azərbaycan Yazıçılar Birliyində məsul vəzifədə — mətbuat katibi vəzifəsində çalışmışdır.

Ədalət Əsgəroğlu 30 sentyabr 2013-cü ildə gecə saatlarında vəfat etmişdir. Ədalət Əsgəroğlunun ölümünə səbəb infarkt olub.

Ailəli idi, iki övladı var.

Yaradıcılığı

redaktə

Şeir və poemaları bir çox xarici dillərə tərcümə edilib və dərc olunmuşdur. "Özüm qürbətdə, gözüm vətəndə", "Sabahını itirməyən adamlar", "Məmləkətim canım mənim..." və s. kitabların müəllifidir.

Yaradıcılığı bir neçə beynəlxalq mükafata layiq görülmüşdür.

Kitabları

redaktə
  • "Yaz ilə gələn sevda", 1989.
  • "Göyçaydan başlayan ömür yolu", 1999.
  • "Mən sənə aşiqəm, dünya!", 1997.
  • "Özüm qürbətdə, gözüm vətəndə", 2000.
  • "Sabahını itirməyən adamlar", 2003.
  • "Məmləkətim canım mənim...", 2005.
  • "Dərdimizin qan rəngi" (poema: 4 dildə), Bakı, "Mütərcim", 2009. 48 səh. 500 tiraj.

Xarici keçidlər

redaktə
  • Şair Ədalət Əsgəroğlunun 60 illiyi keçirilib
  • Mərhum şair Ədalət Əsgəroğlunun 60 illik yubileyi qeyd olundu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ədalət_Əsgəroğlu&oldid=8122988"
LOVE.AZ