Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (fevral 2023) |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Ədalət İdris oğlu Abdinov (16 oktyabr 1958, Bədəlan, Masallı rayonu) — Azərbaycan Sosialist Hərəkatının sədri, jurnalist.
Ədalət Abdinov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1958(1958-10-16) (66 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Ədalət Abdinov 1958-ci il oktyabrın 16-da Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1976-cı ildə Bədəlan kənd orta məktəbini bitirmiş və həmin kənddəki çay fabrikində fəhlə işləmişdir.
1976–1978-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və həmin müddət ərzində ozamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komedantlıqlarından birində mütərcimlik etmişdir. 1978–1979-cu illərdə Bədəlan çay fabrikində əmək fəaliyyətini davam etdirmişdir.
21 fevral 1979-cu ildə SSRİ Həmkarlar İttifaqına üzv olmuşdur.
1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) dövlət ödənişli hazırlıq şöbəsinə qəbul olunmuş, 1985-ci ildə həmin universiteti kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti rektorluğu, partiya, komsomol və həmkarlar komitəsinin orqanı olan "Lenin tərbiyəsi uğrunda" qəzeti redaksiyasının göndərişi ilə 1983–1985-ci tədris illərində Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir.
Sentyabr 1975-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqına üzv seçilmişdir. 1990-cı ilin may ayında Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil olmuşdur. 30 mart 2014-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir. O, partiyanın Telman Nurullayevin rəhbərlik etdiyi qolunda fəaliyyət göstərir.
23 iyul 2023-cü ildə Azərbaycan Sosialist Hərəkatın İdarə Heyətinin sədri seçilmişdir.