Əfşar Temuçin (31 avqust 1939, Akhisar[d], Manisa ili – 26 iyul 2024, İstanbul) — azərbaycanəsilli Türkiyə filosofu, şairi, yazıçısı, tərcüməçisi.[1]
Əfşar Temuçin | |
---|---|
türk. Afşar Timuçin | |
Doğum tarixi | 31 avqust 1939(1939-08-31) |
Doğum yeri |
|
Vəfat tarixi | 26 iyul 2024(2024-07-26) (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | türk |
Elmi dərəcəsi | Professor |
Elmi adları | Kocaeli Universiteti, Fəlsəfə fakültəsi dekanı |
İş yeri | Kocaeli Universiteti |
Təhsili | İstanbul Universiteti, Montreal Universiteti |
Mükafatları |
Əfşat Temuçin 1939-cu ildə Manisanın Akhisar bölgəsində anadan olmuşdur. Kökəni Bakı və Batumiyə dayanan Temuçin, ata tərəfdən azərbaycanlı, ana tərəfindən gürcü əsillidir.[2] Ali təhsilinə İstanbul Universiteti Ədəbiyyat fakültəsi Fransız dili və Ədəbiyyatı fakültəsində başlamışdır. 1967-ci ildə təhsilini tamamlamaq üçün Kanadaya getmişdir. 1967-ci ildə Montreal Universiteti Fəlsəfə fakültəsində bakalavr təhsilini, 1970-ci ildə İstanbul Universitetində doktaranturanı tamamladı. 1968–1970-ci illər arasında Fransızca tərcüməçiliyi etdi. 1981-ci ildə dosent, 1992-cii ldə professor oldu. Bir müddət Kocaeli Universitetində Fəlsəfə fakültəsinin dekanı oldu. Kocaeli Universitetindən 2006-cı ildə pensiyaya çıxmışdır.
"Ataç", "Dönəm", "Millət Sənət", "Papirus", "Soyut", "Yazko", "Yelkən", "Yeni Ədəbiyyat", "Yeni Üfiqlər", "Varlıq" jurnallarında şerləri yayımlanmışdır.[1]
Əfşar Temuçin Tuncer Tuğçu ilə birlikdə hazırladıqları ilk sayı 1972-ci ilin oktyabrında çıxan "Fəlsəfə" jurnalının baş redaktorudur.[1]
26 iyul 2024-cü ildə vəfat etmişdir.[3]