Əfqanıstanın baş naziri, rəsmi olaraq Əfqanıstan İslam Əmirliyinin baş naziri Əfqanıstan hökumətinin başçısıdır. Baş nazir hökumətin başçısı olaraq ölkənin icraedici işlərinə rəhbərlik edir və əsas siyasi qərarların verilməsində əsas fiqur hesab olunur. Lakin Taliban hökumətində əsas səlahiyyətlər Taliban lideri və Ali Şura tərəfindən idarə olunur. Buna görə də baş nazirin rolu daha çox koordinasiya xarakteri daşıyır.[2][3][4]
Əfqanıstanın Baş naziri | |
---|---|
![]() | |
Vəzifədədir Həsən Axund | |
Başçılıq edir | Əfqanıstan |
Maaşı | Aylık 198.250 Afgani[1] |
Vəzifənin təsis tarixi | 25 oktyabr 1927 |
Vəzifənin ləğv tarixi | 13 noyabr 2001 |
![]() |
![]() |
Vikianbarda Əfqanıstanın Baş naziri ilə əlaqəli mediafayllar var. |
---|
Taliban 1996-2001-ci illərdə hakimiyyətdə olduğu zaman faktiki olaraq bu vəzifə mövcud deyildi və bütün icraedici səlahiyyətlər Taliban lideri Molla Ömərin əlində cəmlənmişdi.
2021-ci ilin avqust ayında Talibanın yenidən hakimiyyəti ələ keçirməsindən sonra ölkənin idarəçiliyində yeni strukturlar formalaşdırıldı və nəticədə Əfqanıstan İslam Əmirliyinin Baş Naziri vəzifəsi təsis olundu. İlk baş nazir olaraq Molla Məhəmməd Həsən Axund təyin edildi.
Baş nazir hökumətin başçısı olaraq ölkənin icraedici işlərinə rəhbərlik edir və əsas siyasi qərarların verilməsində əsas fiqur hesab olunur. Lakin Taliban hökumətində əsas səlahiyyətlər Taliban lideri və Ali Şura tərəfindən idarə olunur. Buna görə də baş nazirin rolu daha çox koordinasiya xarakteri daşıyır.
Hal-hazırda Əfqanıstan İslam Əmirliyinin Baş Naziri Molla Məhəmməd Həsən Axunddur. O, Talibanın qurucu üzvlərindən biri olmaqla yanaşı, 1996-2001-ci illərdə Taliban hökumətində xarici işlər naziri və baş nazir müavini vəzifələrində çalışmışdır.
Baş nazirin işini iki müavin dəstəkləyir: