Əfqanıstan qızılbaşları (fars. افغانستان قزلباش) — Azərbaycan türklərinə daxil olan etnoslardan biri[1][2], Əfqanıstan əhalisinin bir etnik qrupu, ölkənin bir etnik azlıqlarından biri[3]. Əfqanıstan qızılbaşları həmçinin əfşarlar[4][5] olaraq da adlandırılırlar. "Sovet etnoqrafiyası", Böyük Rusiya ensiklopediyası və Joshua Projectə görə Əfqanıstan qızılbaşlarının əsas dili Daridir[6][7][8]. Kabil ətrafı (şimal hissədə), paytaxtın Çandavul rayonu, Herat şəhərində yaşayan qızılbaşlar azərbaycan türkcəsinin xüsusi bir şivəsində danışırlar[9][10][11][5][12][13][14]. Əfqanıstan mənbələrinə görə qızılbaşlar Kabil, Qəzni, Qəndəhar və digər iri şəhərlərdə cəmləşmişlər. Təhsilli etnik qrup olması səbəbindən tarixən məmur təbəqəsində önəmli yer tutmuşlar.
Əfqanıstan qızılbaşları | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | Dari, Azərbaycan |
Dini | Şiə İslam |
İrqi | Avropoid |
Mənşəyi | Oğuz (Türk) |
Qızılbaşlar başlarına qırmızı rəngli baş geyimi taxan 7 türk qəbiləsinin (şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, baharlı) nümayəndələrinə deyilirdi[15][16].
Əfqanıstan qızılbaşları bir necə qrupa bölünürdü: əfşarlar, cavanşirlər və muradxanlılar,[15] həmçinin bayatlar, şahsevənlər, şamlılar, ənsarlı və şah ağası[7]. Cavanşirlər Şuşa əsillidirlər və Əfqanıstan qızılbaşlarının əsas hissəsini təşkil edirlər[15]. Onlarda öz növbəsində Qurd, Şah Sumund, Siyah Mansur və s. qollara ayrılırlar. Muradxanlılarla bağlı Kabilin mərkəzi məhəllələrindən biri adlandırılmışdır. Əfşarların adı ilə isə Kabildə Əfşari Bala məhəlləsi, Kabillə Herat arasında Nahaqçı və Təpə kəndləri bağlıdır. Herat ətrafında Abşar və Abşara kəndləri əfşar adı ilə əlaqəlidir[9]. Qızılbaşlr kabil şəhərinin Çandol məhəlləsində say baxımından üstün mövqeyə sahibdirlər. XIX əsrin sonlarına aid olan mənbələrdə qızılbaşların Kabil, Herat, Qəndahar və Əfqanstan Türküstanınında yayılması qeyd olunur[17].
1885-ci il məlumatına görə onlar öz dillərini qoruyur, fars və türk dilində danışırdılar[15]
"Sovet etnoqrafiyasına" görə[14]:
Bu Qəndahar şəhərinin sakinləri: tacirlər, sahibkarlar, marifçilər. Şiələr. Dəri dilində danışırlar. Çox gözəl xatırlayırlar ki, onların əcdadları XVIII əsrdə Nadir şah Əfşar tərəfindən bura köçürülmüşdür. Ancaq Kabil əfşarlarından fərqli olaraq türkcə danışmırlar və əmin etməyə calışırlar ki, onların əcdadları da türk dilini bilmirdilər. «Qızılbaş» terminini heç vaxt işlətmirlər. |
Əfqanıstan qızılbaşları islam şiə məzhəbində etiqad edirlər[7].
Nadir şah Əfşarın 1738–1739-cu illər Hindistan səfərindən sonra 300 qızılbaş arxada qalmalı olur. Onlar Nadiri müşaiyyət etməli və qızılları çatdırmalı idilər. Ancaq mart ayının ikinci günündə Nadirin ölüm xəbəri gəlir. Nadirin əsas sərkərdələrindən biri olan Əhməd xan Abdali iki gündən sonra 500–600 nəfərlik dəstə ilə qızılbaşlara çatır və qızılları götürərək, onların özlərini isə qulluğa alır. Əhməd xanla isti münasibətlər səbəbindən Təbriz, Kirmanşah, Məşhəd, Şirazdan qızılbaşların qulluğa götürülməsinə səbəb olur. Qızılbaşların bölgəyə gəlişi Nadir şah Əfşarın adı ilə bağlı olması Kabil əfşarlarının folklorunda vardır[18]. Qızılbaş rəhbərləri durrani, xəzər və bəluc rəhbərləri ilə birlikdə 1947-ci ilin oktyabr ayında Əhməd xan Abdalinin tacqoyma məraimində iştirak edirlər[19].
Mikropolit Xrisanf məlumat verirdi ki, Teymur şah Durraninin 20 minlik qvardiyası vardı ki, bunun da 12 mini qızılbaşlardan təşkil olunmuşdu. Qoşun Məhəmməd xan Bayat rəhbərlik edirdi[20]. Elfinstona görə isə Qulam Xanının (qvardiya) üçdə birini təşkil edirdilər. bununla belə qvardiyanın say-seçmə hissəsi hesab edilirdi.[21] Bu məlumatı Qankovski də təstiqləyirdi. O, şah qvardiyasının üşdə birinin qızılbaş olmasını yazırdı[22]. ingilis səyyahı Aleksandr Byors qeyd edir ki, qızılbaşlar şahın şəxsi mühafizəsini təşkil edir və dövlətin aparıcı qüvvələrindən biridirlər[23]
Kralın şəxsi qulluqçuları arasında qızılbaşlar üstünlük təşkil edirdilər.[24]
Y. Qankovski Dürran imperiyasının ali postlarında Nadir şahın yaxın qohumlarının və Aud nəvvablarının olmasını qeyd edirdi[25]. Sonuncu Qaraqoyunlu sülaləsinin nəslindən idi[26]. Dürrani şahlarının sarayında olan qızılbaşların kiçik qardaş və oğulları Herat hakim sarayının əsasını təşkil edirdi[27]
Teymur Durrani şah olmamışdan öncə 1757-ci ildə Lahor nizamı təyin edilmişdir. Onun bu zaman ordusu yerli müsəlmanlarla yanaşı qızılbaşlardan da ibarət olmuşdur[28].
1761-ci ildə Panipat ətrafında baş vermiş döyüşdə Əhməd-Şah Durraninin adı ilə yanaşı naməlum qızılbaş sərkərdəsinin adı da çəkilir[29]
Əfqanıstanda hakimiyyət uğrunda mübarizədə Şiə-Qızılbaşlar Mahmud-Şah Durraninin dəstəkçiləri idi (1809 1801–1803; 1809—1819).[25]
Dost Məhəmməd xanın anası qızılbaş cavanşirlərindən idi. Bu da ona böyük hörmət qazandırırdı[17]. O, qızılbaşlar və vəzirlərlə türki dilində danışırdı[30]
Əfqanıstan əmrliyi dönəmində Kabildə qızılbaşlar ən varlı, ən savadlı və ən hökmlü insanlar sayılırdı. Kabil əmirinin cangüdənləri Qulam Xan və Qulami-Şah adlarıyla tanınırdılar. Əla çapar olaraq atlı dəstələri və artilleriya qoşununun əsasını təşkil edirdilər. Onlara hindli daimi olmayan süvari dəstələrində də rast gəlinirdi. Onlar arasından tacirlər, xırda ticarətlə mə.şqul olanlar, həkim, katib və digər məmurlar çıxırdı[15]
Hələ 1857-ci ildə qızılbaşlar öz hakimiyyətlərini qoruya, Kabil hökumətində zəif olmayan fraksiyaya sahil olmuşlar[31]. mayor Hastinqsə görə XIX əsrin ikinci yarısında qızılbaşların hakimiyyəti güclü olsa da əvvəlki dövrlə müayisə oluna bilməz[17]
Sonradan şiə-qızılbaşlar əmir Əbdürrəhman xanın (1880–1901) və taliblərin terroruna məruz qalırlar. Mücahid terrorları zamanı qızılbaşlar Murad xandan qovulurlar. Bununla belə bu gündə də qızılbaşların törəmələrinin yüksək vəzifələrdə tapmaq mümkündür[32]
2025-ci ildə Azərbaycanın dəstəyi ilə Əfqanıstanda “Avşar Ulduzu” Tədris Mərkəzi açılmışdır. Mərkəzin açılmasında məqsəd əfşar milli mədəni irsinin qorunması, Azərbaycan dili və tarixinin öyrədilməsidir.[33]
Qızılbaşların dəqiq sayı barədə məlumat yoxdur.
XIX əsrdə Kabil əhalisinin bir hissəsi taciklər, qızılbaşlar və həzaralardan ibarət idi[34]
1838-ci il məlumatına görə Kabildə 4000 qızılbaş ailəsi yaşayırdı. Döyüşə isə 4–5 min döyüşçü çıxara bilirdilər[35]
"1857 Əfqanıstana Siyasi Missiya Jurnalı" məlumtına görə ölkədə 200 min qızılbaş yaşayırdı.[31]
1873-cü il məlumatında isə Kabildə 10 min Qızılbaşın yaşaması qeyd olunur. Cavanşirlər 2500 ailə təşkil etmişlər. Onlar Çandol məhəlləsində cəmləşmişdilər. 300 əfşar ailəsi isə Kabildən 3 mil uzaqlıqdakı ərazilərdə yayılmışdır. Muad Xanidə 1500 ailə vardı. Bundan əlavə isə 700 nəfər bayat qalasında cəmləşmişdir[35]
1885-ci ildə Əfqanıstanda 150 000 qızılbaş yaşayırdı[36]
1960-cı illərdə Əfqanıstanda 30[37]—350 min əfşarın yaşaması qeyd edilir.
1996-cı il məlumatında isə qızılbaşlar 24 milyonlun Əfqanıstan əhalisinin 1,0 % təşkil etməsi[38] qeyd edilir[39].
Adnan Menderes Kayanın sözlərinə görə Əfqanıstanda 30–400 min arası əfşar yaşayır[9]
Hazırda isə Əfqanıstanda 60–200 min arası Qızılbaşın yaşaması ehtimal edilir[40]. Əfqan mənbələri 50 min qızılbaşın olmasını bildirir[16]. Joshua Projectə görə isə onların sayı 265 min[7] nəfərdir.
…Afshari (a variant of Azarbaijani still spoken by the Afshars in a village that is now part of northern suburb of Kabul)
The main Turkic-Mongolian languages are Uzbeki spoken by Uzbeks;… and Afshari (a variant of Azerbaijani), in the Afshar quarter near Kabul