Əfqan Aslanov (18 aprel 1959, Ağcabədi rayonu) — azərbaycanlı riyaziyyatçı,[mənbə göstərilməlidir]alim, Amerika Tətbiqi və Hesablama Riyaziyyatı jurnalının redaksiya heyətinin üzvü.
Əfqan Aslanov | |
---|---|
Doğum tarixi | (66 yaş) |
Doğum yeri | Taynaq, Ağcabədi rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Atası | Əkbər |
Elm sahəsi | riyaziyyat |
İş yeri | Beykent Universiteti |
Əfqan Əkbər oğlu Aslanov 18 aprel 1959-cu ildə Ağcabədi rayonunun Taynaq kəndində doğulub.
O, orta təhsilini Taynaq kənd orta məktəbində aldıqdan sonra indiki Gəncə Dövlət Universitetinin riyaziyyat ixtisasına qəbul olmuş və 1978-ci ildə yüksək qiymətlərlə bitirmişdir. Əfqan Aslanov 1987-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda funksional analiz üzrə dissertasiya müdafiə edərək "riyaziyyat elmləri namizədi" alimlik dərəcəsini almışdır.
Əfqan Aslanov 1989-1993-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1993-1995-ci illərdə baş müəllim işləmişdir. Həmçinin 1992-2001-ci illərdə Xəzər Universitetində dosent,sonra professor vəzifələrini tutmuşdur. O, 2009-cu ildə Türkiyə Cümhuriyyətində dosent elmi adını almışdır.2014-cu ildə Beykent Universitetində professor vəzifəsinə təyin olmuşdur. Hazırda Bilgi Universitetinin riyaziyyat bölümündə çalışır.
Alim riyazi və funksional analiz,adi diferensial tənliklər,çoxparametrli spektral nəzəriyyə və s. sahələrdə elmi əsərlər yazmışdır.Beynəlxalq jurnallarda 20-dən artıq elmi məqalənin müəllifi olan Əfqan Aslanovun 15-dən artıq beynəlxalq konfrans materiallarında da əsərlərinə rast gəlmək mümkündür.