Sadıqov Əfsər İsa oğlu (8 mart 1966, Alçalı, Salyan rayonu) — "Beynəlxalq Ümumi Hüquq" kafedrasının professoru və "Beynəlxalq hüquq və inteqrasiya problemləri" elmi-analitik və praktiki jurnalın redaksiya heyətinin üzvü, hüquq elmləri doktoru, professordur.
Əfsər Sadıqov | |
---|---|
Sadıqov Əfsər İsa oğlu | |
![]() | |
Doğum tarixi | 8 mart 1966(1966-03-08) (59 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | İsa Sadıqov |
Elm sahəsi | Hüquq |
İş yeri | BDU |
Təhsili |
ADPU BDU |
Sadıqov Əfsər 8 mart 1966-cı ildə Salyan rayonu Alçalı kəndində anadan olmuşdur. 1983-cü ildə Qızılağac kənd orta məktəbini bitirmişdir. 1983–1990-cı illərdə ADPU-nun tarix və hüquq fakültəsində təhsil almışdır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professorudur.
AR Prezidenti yanında AAK-ın, BDU-nun təsis etdiyi "Beynəlxalq hüquq və inteqrasiya problemləri" elmi-analitik və praktiki jurnalın redaksiya heyətinin və Vəkillərin İxtisas Komissiyasının üzvüdür. Həmçinin, Azərbaycan Hüquq Jurnalının da redaktə heyətinin üzvüdür.
Evlidir, iki övladı var.[1]
1983-cü ildə ADPU-nun tarix və hüquq fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərlqlənmə diplomu ilə bitirmişdir.1999-cu ildə isə Fransanın Nitsa universitetində TASİS-TEMPUS proqramı çərəivəsində ixtisasartırma kursunda olmuşdur. AR Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının və ARDNŞ-in "Neft-qaz hasilatı və AR-in davamlı inkişafı" mövzusunda keçirdiyi Respublika müsabiqəsi1də 2-ci yer qazanmışdır. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının dissertanturasına daxil olmuş, 2003-cü ildə "AR-in beynəlxalq neft kontraktları beynəlxalq enerji hüququ sistemində" mövzusunda hüquq elmləri alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etmişdir.[2] Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 28 aprel 2009-cu il tarixli (protokol № 16-K) qərarı ilə Beynəlxalq Ümumi Hüquq kafedrasıdüzrə Dosent elmi adı verilmişdir. 2010-cu ildə isə "Qloballaşma dövründə enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri" mövzusunda hüquq elmləri alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 yanvar 2013-cü il tarixli (protokol № 02-Р) qərarı ilə ona "hüquq üzrə elmlər doktoru" alimlik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 15 dekabr 2017-ci il tarixli (protokol № 21-R) qərarı ilə Beynəlxalq Ümumi Hüquq kafedrası üzrə professor elmi adı verilmişdir.
1990–1994-cü illərdə biznes strukturlarında hüquq müşaviri kimi çalışmış, 1994-cü ildən 1997-ci ilə kimi Ali Diplomatiya Kollecində hüquqşünas və müəllim vəzifəsində işləmişdir;
1997-ci ildən BDU-nun "Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ" (hazırda "Beynəlxalq ümumi hüquq") kafedrasında müəllim, 2007-ci ildən həmin kafedranın dosenti kimi fəaliyyət göstərir.