. Love.az

Ehmed Ehmedov Geoloq - Wikipedia - Love.az

Ana Səhifə - Ehmed Ehmedov Geoloq
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var.
Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023)
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Əhməd Əhmədov.

Əhmədov Əhməd Mahmud oğlu (8 fevral 1910, Göyçay qəzası – 30 avqust 1988, Bakı) — azərbaycanlı neftçi-geoloq. Onun neft və qaz yataqlarının axtarışı və kəşfiyyatına, yataqların səmərəli işləməsinə dair tədqiqat işləri, fikirləri nəşr olunmuş 80-dən artıq məqalədə və monoqrafiyada öz əksini tapmış, bilavasitə iştirakı və rəhbərliyi ilə Neft daşları, Sanqaçal dəniz, Qaradağ, Kürovdağ, Mişovdağ, Kürsəngi, Qarabağlı və s. kimi neft, qaz kondensat yataqları kəşf olunmuş və sənaye miqyaslı işlənməyə daxil edilmişdir.

Əhməd Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 8 fevral 1910(1910-02-08)
Doğum yeri
  • Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 30 avqust 1988(1988-08-30) (78 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti geoloq

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Həyatı

redaktə

Əhməd Əhmədov 1910-cu il 8 fevralda Zərdab rayonunda anadan olmuşdur. 13 yaşında valideynlərini itirmiş, uşaqlıq və gənclik illəri çox ağır keçmişdir. 1933-cü ildə Azərbaycan Sənaye İnstitunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra istehsalatda mühəndis-geoloq vəzifəsindən başlayaraq Azərbaycan SSR-in Neft Hasilatı Sənayesi Nazirliyinin Baş geoloqu vəzifəsinə qədər yüksəlmişdir.

Ə.Əhmədov ölkənin siyası-iqtisadi həyatında fəal iştrak etmiş, dəfələrlə rayon, Bakı şəhəri və Respublika Ali Sovetlərinə deputat seçilmiş, yüksək dövlət mükafatlarına, orden və medallara layiq görülmüşdür.

30 avqust 1988-ci ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhməd_Əhmədov_(geoloq)&oldid=6906712"
LOVE.AZ