. Love.az

Ehmed El Hafiz Naxcivani - Wikipedia - Love.az

Ana Səhifə - Ehmed El Hafiz Naxcivani
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Naxçıvani.

Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani — orta əsr Azərbaycan memarı.[1][2] Naxçıvan-Marağa memarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Əhməd Naxçıvaninin dövrümüzə iki əsəri gəlib çatmışdır. Onlardan biri "Nüşabə qalası" kimi də tanınan Bərdə türbəsi (1322), digəri isə, Qudi xatunun şərəfinə inşa edilmiş, Qarabağlar türbə kompleksidir (XIV əsrin 30 – cu illəri).

Əhməd Naxçıvani
Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani
Doğum tarixi XIII əsr
Doğum yeri Naxçıvan
Vəfat tarixi XIV əsr
Fəaliyyəti memar

Hicri 722-ci ildə (miladi 1322-ci il) inşasını başa çatdırdığı Bərdə türbəsinin kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil olmuşdur. Memar portalın kitabəsində özünü "Bənna Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin əməlidir" fikri ilə tanıtmışdır.[3] Üzərində qalan bəzi kitabə qalıqlarına və bir sıra oxşar cəhətlərinə görə müəyyən olunmuşdur ki, Kəngərli bölgəsinin Qarabağlar kəndində XIV yüzilliyin 30-cu illərində inşa edilmiş türbə də Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin yaradıcılığının məhsuludur.[4] Qarabağlar türbəsinin şimal tərəfindəki baştağın tünd bənövşəyi rəngli kaşı yerliyi üzərində nəsx xətti ilə memar öz adını yazmışdır. Binanın kompozisiya həlli, ayrıntıların diqqətlə işlənməsi, həndəsi və yarımhəndəsi quruluşu. Çoxrəngli kaşı ornamentlərin tətbiqi, kitabələrdən bəzək vasitəsi kimi istifadə edilməsi Əhməd Naxçıvaninin yaradıcılıq üslubu üçün səciyyəvidir. Ümumi quruluşunun fərdi cəhətləri ilə fərqlənən Axsadan baba türbəsinin (Bərdə şəhəri) də memarının Əhməd Naxçıvani olduğu güman edilir.[1]

İnşa etdiyi abidələrin – Bərdə və Qarabağlar türbələrinin tarixinə əsasən Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin XIII yüzilliyin son rübü – XIV yüzilliyin I yarısında yaşaması aydın olur.

Mündəricat

  • 1 Mənbə
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Mənbə

redaktə
  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.

İstinadlar

redaktə
  1. ↑ 1 2 İ. Bretanitski, Ə. Salamzadə - Orta əsr Azərbaycan memarları və memarlıqla əlaqədar sənətkarlar, "Azərbaycan İncəsənəti", c. 8, Bakı, 1956
  2. ↑ "AḤMAD B. AYYŪB". Encyclopædia Iranica. 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-13.
    Orijinal mətn (ing.)
    AḤMAD B. AYYŪB ḤĀFEẒ, 7th-8th/13th-14th Azerbaijani architect, one of the best representatives of the architectural school of Naḵǰavān. He constructed in Barda (Barḏaʿa) a mausoleum, completed in 722/1322 according to the building inscription.
  3. ↑ Алескерзаде А. Надписи архитектурных памятников Азербайджана эпохи Низами. Архитектура Азербайджана эпохи Низами. Москва-Баку, 1947, с. 369–390., c. 387
  4. ↑ Kərimzadə S. Qarabağlar türbəsinin kitabələri haqqında bəzi mülahizələr. Azərbaycan EA Xəbərləri. Tarix, fəlsəfə, hüquq. 1969, № 2, s. 69–78, s. 69–78

Xarici keçidlər

redaktə
  • Orta əsrlərdə memarlığın inkişafı Arxivləşdirilib 2009-08-04 at the Wayback Machine

Həmçinin bax

redaktə
  • Azərbaycan memarlığı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhməd_Naxçıvani&oldid=8096615"
LOVE.AZ