. Love.az

Ehmed Anatollu - Wikipedia - Love.az

Ana Səhifə - Ehmed Anatollu

Əhməd Muxtar oğlu Səfərov (Anatollu) (7 noyabr 1894, Bakı – 7 aprel 1973, Bakı) — Azərbaycan teatr aktyoru, məzhəkə ustası, Azərbaycan SSR əməkdar artisti (1940).

Əhməd Anatollu
Doğum adı Əhməd Muxtar oğlu Səfərov
Doğum tarixi 7 noyabr 1894(1894-11-07)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 aprel 1973(1973-04-07) (78 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1912-ci ildən
Mükafatları "Şərəf nişanı" ordeni — 1938 "Qafqazın müdafiəsinə görə" medalı — 1946 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Azərbaycan SSR əməkdar artisti — 1940

Mündəricat

  • 1 Həyatı
  • 2 Kitabları
  • 3 Təltif və mükafatları
  • 4 İfa etdiyi əsas rollar
  • 5 İstinadlar

Həyatı

redaktə

Əhməd Anatollu 7 noyabr 1894-cü ildə Bakıda, əslən Maştağalı olan şair Muxtar Bisavadın ailəsində doğulmuşdur.[1] Səhnəyə ilk dəfə 1912-ci ildə Hüseyn Ərəblinskinin "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında hazırladığı "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşasında çıxmışdır. "Nicat" truppasında, "Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr dəstəsinin tamaşalarında oynamışdır. Dövrünün qabaqcıl aktyorları ilə Orta Asiya ölkələrinin böyük şəhərlərinə, İdil çayı (Volqa) boyundakı türkdilli şəhərlərə, İrana, Rəştə, Ənzəliyə, Tehrana qastrol səfərlərinə çıxmışdır.[2]

Əhməd Səfərov milli estrada teatrı janrında fəaliyyət göstərən ilk sənətkarlardan biridir. "Anatollu" onun səhnə təxəllüsüdür. 1922–1925-ci illərdə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, 1923–1924-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında aktyor işləmişdir. 1926-cı ildə Tiflis Dövlət Türk Dram Teatrının kollektivinə qəbul olunmuş, 1927-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Estradasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmişdir.[2] 1939–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-cu ildən təqaüdə çıxana qədər isə Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir.[1]

Əhməd Anatollu 7 aprel 1973-cü ildə Bakıda vəfat etmişdir.[2]

Kitabları

redaktə
  • Kupletlər. Bakı: Ali Siyasi Maarif İdarəsi, 1925.
  • Şapalaq: türk səhnəsinin aktyoru Əhməd Anatolinin yazdığı kupletlər. Bakı, 1927.
  • Çuvalduz (kupletlər). Bakı: Azərnəşr, 1930.
  • Öz aramızda qalsın. Bakı: MBM, 2015.
  • Əlli il Azərbaycan səhnəsində. Bakı: Ecoprint, 2017.

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
  • "Şərəf nişanı" ordeni — 17 aprel 1938
  • "Qafqazın müdafiəsinə görə" medalı — 1946
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

İfa etdiyi əsas rollar

redaktə

Tənqid və Təbliğ Teatrında[2]

Rol Tamaşa Müəllif
İkinci Nikolay Romanovların son günləri Aleksey Tolstoyun romanı əsasında
Boqdanoviç 1881-ci il Nikolay Şapovalenko
Qənbər Anamın kitabı Cəlil Məmmədquluzadə
Olivye Paris Notrdam kilsəsi Viktor Hüqo
Mironov Qızıl trenlər Vladimir Kirşon
Uspenski Hücum Boris Lavrenyov

Azərbaycan Dövlət Dram Teatrında[2]

Rol Tamaşa Müəllif
Cavad Dağılan tifaq Əbdürrəhim bəy Haqverdiyev
Məhərrəm Müsibəti-Fəxrəddin Nəcəf bəy Vəzirov
Şeyx Əhməd Ölülər Cəlil Məmmədquluzadə
Zaman Anamın kitabı Cəlil Məmmədquluzadə
Keşiş Şeyx Sənan Hüseyn Cavid
Papas Qaçaqlar Fridrix Şiller
Anferon de Marti Nel qülləsinin sirri Aleksandr Düma
Xaço Qaçaq Kərəm Vano Mçedaşvili

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında[2]

Rol Tamaşa Müəllif
Hambal və Həsən bəy Məşədi İbad Üzeyir Hacıbəyov
Kəblə Qubad Ər və arvad Üzeyir Hacıbəyov
Mirzə Həbib Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov və Niyazi
Orduxan bəy Əlli yaşında cavan Zülfüqar Hacıbəyov
Güloğlan Aşıq Qərib Zülfüqar Hacıbəyov
Kəblə Hacı Evliykən subay Zülfüqar Hacıbəyov
Qoşun Toy kimindir? Məhərrəm Əlizadə və Ağası Məşədibəyov
Makar Keto və Kote Vladimir Dolidze
Kəblə Hüseynəli[3] Beş manatlıq gəlin Məmməd Səid Ordubadi və Səid Rüstəmov

İstinadlar

redaktə
  1. ↑ 1 2 Əhməd Anatollu. Əlli il Azərbaycan səhnəsində. Bakı: Ecoprint. 2017. səh. 5. ISBN 978 9952-31-097-7.
  2. ↑ 1 2 3 4 5 6 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 328–329. ISBN 978-9952-8306-3-7.
  3. ↑ Анатоллу Әһмәд Мухтар оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: A—Бејинҹик. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Рәсул Рза. 1970. С. 272.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhməd_Anatollu&oldid=8120643"
LOVE.AZ