. Love.az

Ehmed Kemaleddin Efendi - Wikipedia - Love.az

Ana Səhifə - Ehmed Kemaleddin Efendi

Əhməd Kəmaləddin Əfəndi (3 dekabr 1847, İstanbul – 26 aprel 1905, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin səkkizinci oğlu, Osmanlı şahzadəsi və Osmanlı ordusunun general-leytenantı.

Əhməd Kəmaləddin Əfəndi
أحمد كمال الدين أفندي
Şəxsi məlumatlar
Doğum tarixi 16 iyul 1848
Doğum yeri Çırağan sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 26 aprel 1905 (56 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Yəhya Əfəndi türbəsi
Fəaliyyəti hərbi qulluqçu
Atası I Əbdülməcid
Anası Verdicanan Qadınəfəndi
Həyat yoldaşı Fatma Səzadil xanım
Uşaqları Atiyətullah Əfəndi
Münirə Sultan
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Şahzadə Əhməd Kəmaləddin Əfəndi 1848-ci ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə onun yeddinci xanımı Verdicanan Qadınəfəndidir. Uşaqlığı doğma bacısı Münirə Sultanla birlikdə keçdi və ilk təhsilinə qardaşları Rəşad Əfəndi, Burhanəddin Əfəndi, bacısı Bəhicə Sultanla birlikdə 29 iyul 1853-cü ildə Çırağan sarayında başlayan Kəmaləddin Əfəndi 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Rəşad Əfəndi və Burhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Ögey qardaşı II Əbdülhəmidin 1876-cı ildə taxta çıxmasından sonra Osmanlı taxtının ikinci vəliəhdi oldu. Bu müddət ərzində Osmanlı ordusunda fəaliyyət göstərdi və 1901-ci ildə general-leytenant rütbəsinə qədər yüksəldi. Bundan başqa Osmanlı imtiyaz medalına layiq görüldü.

Buna baxmayaraq böyük qardaşı Sultan Muradın yenidən taxta çıxması üçün Sultan Əbdülhəmidə qarşı fəaliyyətə başlamışdı. Bu səbəblə Sultan Əbdülhəmid səltənətində maddi olaraq çətinlik çəkməyə başladı. Hətta rəvayətə görə, Sultan Əbdülhəmiddən kömək istəmiş, rədd cavabı almasının ardından iki qardaş arasındakı münasibətlər daha da gərginləşmişdir.

İki qardaş arasındakı bu soyuq müharibə Kəmaləddin Əfəndinin 1905-ci ildə edam edilməsiylə başa çatdı. 57 yaşında boğularaq edam olunan Əhməd Kəmaləddin Əfəndi 1908-ci ildə qəbul edilən ikinci konstitusiyanın ardından qəhrəman elan olundu. Cənazəsi Yəhya Əfəndi türbəsinə dəfn olundu.

Xanımı, övladları, nəvəsi

redaktə

Əhməd Kəmaləddin Əfəndi 23 aprel 1876-cı ildə Dolmabağça sarayında Fatma Səzadil xanımla (d. 1856 — ö. 9 fevral 1943) evləndi. Bu evlilikdən 2 övladı dünyaya gəldi:

  • Atiyətullah Əfəndi (d. 22 fevral 1877 — ö. 1878)
  • Münirə Sultan

Mənbə

redaktə
  • http://freepages.genealogy.rootsweb.ancestry.com/~royalty/turkey/i140.html#I140 Arxivləşdirilib 2016-10-13 at the Wayback Machine
  • Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil. ISBN 978-9-759-96109-1
  • The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. 2010. ISBN 978-0-292-78335-5
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhməd_Kəmaləddin_Əfəndi&oldid=7674740"
LOVE.AZ