Əhməd Nami (1873[1], Beyrut – 13 dekabr 1962[2], Beyrut) — Osmanlı imperiyasının yüksəkrütbəli şəxslərindən biri, Suriya dövlət xadimi, Suriyanın ikinci prezidenti və beşinci baş naziri, həmçinin tarixçi.[3][4][5][6]
Əhməd Nami | |
---|---|
ərəb. احمد نامي | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1873[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 dekabr 1962(1962-12-13)[2] |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | Əhlis-Sünnə |
![]() |
Əhməd Nami 1873-cü ildə Osmanlı imperiyasının Beyrut şəhərində nüfuzlu bir ailədə anadan olmuşdur. Nami ilk təhsilini Osmanlı Hərbi Akademiyasında almış, daha sonra Parisdə hərbi təlim keçmişdir. 1910-cu ildə Sultan II Əbdülhəmidin qızı Aişə Sultanla evlənərək "Damat" (sarayın kürəkəni) titulunu almışdır. Lakin 1909-cu ildə sultan II Əbdülhəmidin taxtdan endirilməsi ilə ailəsi ilə birlikdə Fransaya sürgün edilmişdir. 1918-ci ildə Beyruta qayıdaraq ailə işlərini idarə etməyə başlamışdır.[3][7][8][8][9][9][9]
1926-cı il aprelin 28-də Fransa Yaxın Şərq Ali Komissarı Henri de Jouvenel tərəfindən Suriya dövlətinin başçısı təyin edilmişdir. Bu vəzifədə 1928-ci il fevralın 15-dək çalışmışdır. Onun rəhbərliyi dövründə üç hökumət qurulmuş, bu hökumətlər ölkənin birliyi, konstitusiyanın qəbul edilməsi və 1925–1927-ci illərdə baş vermiş Böyük Suriya Üsyanında iştirak edənlər üçün ümumi amnistiya kimi milli tələbləri irəli sürmüşdür. Lakin Fransa hakimiyyəti onun bu təşəbbüslərini dəstəkləməmiş və nəticədə 1928-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılmışdır. [8]
Ayşə Sultanla evliliyindən iki oğlu və bir qızı olmuşdur:
Al-Damad was a man of Turkish origin, who could hardly speak Arabic...