. Love.az

Ehmed Qurbanov - Wikipedia - Love.az

Ana Səhifə - Ehmed Qurbanov

Əhməd Qurbanov - Azərbaycan futbolçusu.

Əhməd Qurbanov
Ümumi məlumatlar
Doğum tarixi 22 aprel 1986(1986-04-22) (39 yaş)
Doğum yeri
  • Mahaçqala, Dağıstan MSSR, RSFSR, SSRİ
Vətəndaşlığı
  •  Azərbaycan
  •  Rusiya
Mövqeyi hücumçu

Mündəricat

  • 1 Karyera
    • 1.1 Klub
    • 1.2 Milli komandada
  • 2 İstinadlar

Karyera

redaktə

Klub

redaktə

Əhməd Qurbanov Dağıstan futbol məktəbinin yetirməsidir. O, 2001-ci ilin iyun ayında Mahaçqala şəhərində fəaliyyət göstərən RSDYUSHOR-2 idman məktəbinin yetmiş məzunundan biri kimi “Anji” klubunun ehtiyat komandasında yer aldı.[1] Həmin ilin çempionatında əvəzedici komandada 3 oyunda meydana çıxaraq bir qırmızı vərəqə aldı. Növbəti mövsümdə isə artıq 19 oyunda forma geyindi, lakin qol sevinci yaşaya bilmədi.

Qurbanovun əsas komandadakı debütü 1 noyabr 2003-cü ildə baş tutdu. O, Rusiya Birinci Divizionunun 42-ci turunda “Spartak Nalçik”ə qarşı keçirilən oyunun 70-ci dəqiqəsində İqor Strelkovu əvəz edərək “Anji”nin heyətində meydana çıxdı.[2]

2005-ci ildə futbolçu Kamışin şəhərini təmsil edən “Tekstilşçik” klubuna transfer olundu və bu komandanın heyətində İkinci Divizionda 4 matçda iştirak etdi.

Eyni il, 2005/06 mövsümündə Qurbanov Azərbaycana yollanaraq “Olimpik Bakı” klubunun heyətində çıxış etdi. [3]2006-cı ilin avqustunda o, Dağıstanın Kaspiysk şəhərinin təmsilçisi olan “Dagdizel” klubuna keçdi.[4] Bu dövrdə Şahdağ Qusar klubu da onunla maraqlanır və müqavilə danışıqları aparırdı.[5].


2006/07 mövsümünün fasiləsində futbolçu “MKT-Araz” (İmişli) klubuna keçdi və Azərbaycan çempionatında çıxışını davam etdirdi.[6].

2007-ci ildə o, Rusiyada Həvəskarlar Liqasında çıxış edən “Arsenal Tula” komandasının heyətinə daxil edildi.[7] 2008-ci ilin yayında yenidən “Dagdizel”ə qayıtdı və bir neçə mövsüm bu komandada çıxış etdi. 2012-ci ildə isə Pyatiqorsk şəhərinin “Maşuk-KMV” komandasında oynadı.

Milli komandada

redaktə

Əhməd Qurbanov 2002-ci ildə “Şahdağ” klubunun oyunçusu olduğu zaman Azərbaycan gənclər yığmasına dəvət alaraq komandası ilə birlikdə UEFA Gənclər Çempionatının ikinci təsnifat mərhələsinə vəsiqə qazandı.[8]

2007-ci ilin fevralında “MKT-Araz” klubunun üzvü kimi Azərbaycan U-21 millisinin yeni baş məşqçisi Şakir Qəribovun rəhbərliyi altında keçirilən ilk təlim-məşq toplanışına çağırıldı.[9][10]

İstinadlar

redaktə
  1. ↑ "В «Анжи» — 8 новичков из «Сокола». Махачкалинского". 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-26.
  2. ↑ «Спартак» (Нальчик) — «Анжи» (Махачкала) 2:0Şablon:Недоступная ссылка
  3. ↑ Сразу 14 натурализированных легионеров снова будут «иностранцами»Şablon:Недоступная ссылка
  4. ↑ Дагдизель в сезоне 2006Şablon:Недоступная ссылка
  5. ↑ «Динамо» (Киев) покупает нападающего гусарского «Шахдага»Şablon:Недоступная ссылка
  6. ↑ Молодые агдамцы не справились с возрастными евлахцами, а бакинский «Нефтчи» едва не потерял очки в матче с аутсайдером первенстваŞablon:Недоступная ссылка
  7. ↑ "Заявка Арсенала для участия в турнирах под эгидой ЛФЛ в сезоне-2008". 2012-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-02.
  8. ↑ Шакир Гарибов вызвал в U-21 нигерийцевŞablon:Недоступная ссылка
  9. ↑ "В молодежную сборную Азербайджана по футболу вызваны два нигерийца". 2007-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-02.
  10. ↑ "Убит одноклубник Гурбанова". 2010-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-02.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhməd_Qurbanov&oldid=8154307"
LOVE.AZ