. Love.az

Ehmed Zulfuqarov - Wikipedia - Love.az

Ana Səhifə - Ehmed Zulfuqarov

Əhməd Məmməd oğlu Zülfüqarov (22 iyun 1917, Nuxa – 16 yanvar 1984) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1970–1984).

Əhməd Zülfüqarov
Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri
31 iyul 1970 – 16 yanvar 1984
Əvvəlkikomitə təsis edilib
SonrakıNailə Bağırova
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyun 1917(1917-06-22)
Doğum yeri
  • Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 16 yanvar 1984(1984-01-16) (66 yaşında)
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1942–)
Hərbi xidmət
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Rütbəsi Leytenant

Təltifləri 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1945 "Qırmızı ulduz" ordeni — 1944 "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945 "Berlinin alınmasına görə" medalı — 1945 "Varşavanın azad edilməsinə görə" medalı
Azərbaycan SSR əməkdar iqtisadçısı

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Əhməd Məmməd oğlu Zülfüqarov 1917-ci ildə anadan olmuşdur. 1938-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Azərbaycanın maliyyə orqanlarında işləməyə başlamışdır.[1]

1939-cu ildən 1947-ci ilədək Sovet Ordusu sıralarında olmuş, Böyük Vətən müharibəsində iştirak etmişdir. Ordudan tərxis edildikdən sonra Ə. Zülfüqarov Azərbaycan SSR Maliyyə Nazirliyi sistemində rayon maliyyə şöbəsinin müdiri, nazirliyin idarə rəisi, Bakı şəhər maliyyə şöbəsinin müdiri işləmişdir. 1961-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin maliyyə, qiymət və maya dəyəri şöbəsinin rəisi təyin edilmişdir. 1966-cı ildən Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Qiymət Komitəsinə (1970-ci ildən Azərbaycan SSR Dövlət Qiymət Komitəsi) başçılıq etmişdir.[1]

Əhməd Zülfüqarov 1942-ci ildən Sov.İKP üzvü olmuş, Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. 1-ci dərəcəli "Vətən müharibəsi", "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.[1]

Əhməd Zülfüqarov 16 yanvar 1984-cü ildə vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Ә. М. Зүлфүгаров // Коммунист. № 15 (18903). 18 јанвар 1984-ҹү ил. С. 4.

Xarici keçidlər

redaktə
  • "Зульфугаров Ахмед Мамедович" (rus). Память народа. İstifadə tarixi: 30 iyun 2022.
  • "Зульфугаров Ахмед Мамедович" (rus). Подвиг народа. İstifadə tarixi: 30 iyun 2022.

Həmçinin bax

redaktə
  • Azərbaycan SSR hökuməti (1971–1975)
  • Azərbaycan SSR hökuməti (1975–1980)
  • Azərbaycan SSR hökuməti (1980–1985)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhməd_Zülfüqarov&oldid=6910001"
LOVE.AZ