. Love.az

Ehmed Zeki Soydemir - Wikipedia - Love.az

Ana Səhifə - Ehmed Zeki Soydemir

Əhməd Zəki Soydəmir (türk. Ahmet Zeki Soydemir) (1883, Saloniki – 4 sentyabr 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi.

Əhməd Zəki Soydəmir
Şəxsi məlumatlar
Doğum tarixi 1883
Doğum yeri
  • Saloniki, Mərkəzi Makedoniya, Makedoniya və Frakiya, Yunanıstan
Vəfat tarixi 4 sentyabr 1954(1954-09-04)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Dəfn yeri
  • Türkiyə Dövlət məzarlığı
Vətəndaşlığı
  •  Osmanlı imperiyası
  •  Türkiyə
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1905-ci ildən
Rütbəsi general
Döyüşlər
  • Birinci Dünya müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Hərbi fəaliyyəti
  • 2 Siyasi fəaliyyəti
  • 3 Medal və təltifləri
  • 4 İstinadlar
  • 5 Mənbə

Hərbi fəaliyyəti

redaktə

1905-ci ildə hərbi məktəbi və 1908-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etdi. Birinci Dünya müharibəndə Çanaqqala cəbhəsində vuruşmuş və 57-ci alayın 1-ci tabor komandiri kimi Qanlısırt, Mərkəztəpə kimi bölgələrdə gedən döyüşlərdə iştirak etmişdi. Döyüşlərdə yaralanaraq bir müddət xəstəxanada yatdı. Daha sonra isə 21-ci alay komandirinin müavini vəzifəsinə təyin edildi.

Sakarya meydan döyüşündən sonra 6-cı tümən, daha sonra isə Mürəttəp tümən komandiri kimi xidmət göstərdi. Böyük hücumda 2-ci süvari tüməninin komandiri idi. 31 avqust 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. Müharibədən sonra "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı.

6 iyun 1924-cü ildə Ümumi Jandarma Komandanlığına təyin edildi. 1927-ci ildə general-mayor rütbəsinə yüksəldi.

Siyasi fəaliyyəti

redaktə

17 dekabr 1934-cü ildə hərbi xidmətdən təqaüdə çıxdıqdan sonra V, VI və VII dövrlərdə Ərzurum, VIII dövrdə isə Çanqırının millət vəkili kimi Türkiyə Böyük Millət Məclisinin üzvü oldu.

1988-ci ildə İstanbuldakı Ədirnəqapı Şəhid məzarlığındakı nəşi Türkiyə Dövlət məzarlığına köçürüldü.

Medal və təltifləri

redaktə
  • "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)

İstinadlar

redaktə

Mənbə

redaktə
  • T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 221.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhməd_Zəki_Soydəmir&oldid=7780468"
LOVE.AZ