. Love.az

Ehmed Xan Masayixi - Wikipedia - Love.az

Ana Səhifə - Ehmed Xan Masayixi

Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu Maşayixi (1881–1969)—Təbriz şəhərinin başçısı.

Əhməd xan Maşayixi
Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu Maşayixi
Doğum tarixi 1881
Doğum yeri Təbriz şəhəri
Vəfat tarixi 1969
Vəfat yeri Tehran şəhəri
Fəaliyyəti siyasətçi

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu 1881-ci ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müstəşarəssəltənə ləqəbini daşıyırdı. Bir müddət Daxili İşlər nazirliyində çalışmışdı. Sonra İsfahan valisi Şükrulla xan Qəvaməddövlənin yanında xidmət etmişdi. Oradan Borucərd hakimi vəzifəsinə təyin edilmişdi. 4-cü çağırışda İran Milli məclisinə vəkil seçilmişdi.

Əhməd xan Maşayixi Rza şah Pəhləvinin fərmanı ilə Təbriz şəhərinə başçı (mer) təyin edilmişdi. Sonra sıra ilə Zəncan, Kaşan və Qəzvin vilayətlərinin valisi olmuşdu. Oradan Tehran şəhərinə başçı gətirilmişdi.

Əhməd xan Maşayixi 1969-cu ildə Tehran şəhərində vəfat edib.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  • Təbriz şəhərinin başçıları

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhməd_xan_Maşayixi&oldid=6991268"
LOVE.AZ