Əhmədabad — Azərbaycan Respublikasının Tovuz rayonunun Əhmədabad kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Əhmədabad kənd Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[3]
Əhmədabad | |
---|---|
40°46′28″ şm. e. 45°39′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Oykonim "Əhmədin saldığı kənd, Əhmədə aid kənd" mənasındadır.[4]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Çınqıldağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 796 | 400 | 396 |
2009[6] | ↗817 | ↗432 | ↘385 |
Kənddə Əhmədabad kənd kitabxana filialı,[7] Əhmədabad kənd klubu[8] fəaliyyət göstərir.
Kənddə Əhmədabad kənd tam orta məktəbi fəaliyyət göstərir.[9][10]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Əhmədabad tibb məntəqəsi yerləşir.[11]