Əhmədabadda Boeing 787 qəzası — 12 iyun 2025-ci ildə Hindistanın Əhmədabad şəhərindən Böyük Britaniyanın London Qatvik Hava Limanına uçan "Air India Hava Yolları"na məxsus 171 saylı beynəlxalq sərnişin reysi, uçuşdan qısa bir müddət sonra Əhmədabadın "Meghani Nagar" məhəlləsinə düşərək qəzaya uğramışdır. Uçuş "Boeing 787–8 Dreamliner" təyyarəsi ilə həyata keçirilirdi və təyyarədə 242 nəfər olmuşdur. Polis hadisə yerindən, sərnişinlər və yerüstü qurbanlar da daxil olmaqla, ən azı 204 cəsədin çıxarıldığını bildirmişdir.[6] Daha sonra bir sərnişinin sağ tapıldığı bildirilib.[7] Ümumilikdə 310-dan çox insan həlak olub.[6]
Əhmədabadda Boeing 787 qəzası | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Tarix | 12 iyun 2025[2][1] |
Qəza səbəbi | bilinmir |
Yer | |
Ölkə | |
Yaralı sayı | |
Ölü sayı | |
Qeydiyyat nömrəsi | AI171[1], AIC171 |
![]() |
Azərbaycan XİN,[8] XIV Leo[9] təyyarə qəzası ilə bağlı Hindistana başsağlığı verib.
Qəzadan sonra "Boeing"in səhmləri 8% ucuzlaşıb.[10]