. Love.az

Ehmedbeyli Fuzuli - Wikipedia - Love.az

Ana Səhifə - Ehmedbeyli Fuzuli
Bu adın digər istifadə formaları üçün bax: Əhmədbəyli.

Əhmədbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsində kənd.[2]

Əhmədbəyli
39°33′46″ şm. e. 47°33′04″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1920[1]
Xəritəni göstər/gizlə
Əhmədbəyli xəritədə
Əhmədbəyli
Əhmədbəyli

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 İqtisadiyyatı
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

1823-cü il tarixli "Qarabağ vilayətinin təsviri" ("Описание Карабагской провинции") adlı mənbədə Xırdapara-Dizak (mənbədə "Хурдапара-Дизах") mahalının müsəlmanların (mənbədə - tatarların) yaşadığı Əhmədbəyli (mənbədə "Ахматбеглы") kəndində 2 tüstünün olduğu göstərilib[3].

"1886-cı il tarixli ailə siyahılarından çıxarış edilmiş Zaqafqaziye diyarının əhalisi haqqında statistik məlumatlar icmalı"na əsasən Yelizavetpol quberniyasının Cəbrayıl mahalının Qarakel kənd dairəsinin (mənbədə: "Каракеллинского сельского округа") Əhmədbəyli (mənbədə: "Ахмедбеклу ") kəndində 4 tüstü var imiş və burada şiyə mənsəbinə mənsub 20 azərbaycanlı (mənbədə: tatar) yaşayır, bütün şəxslər bəy ailələrinə mənsub imiş[4].

1915-ci il tarixli "Qafqaz təqvimi"nə əsasən Karyagin mahalının Əhmədbəyli (mənbədə: "Ахмедбеклу") kəndində 42 nəfərin, əsasən azərbaycanlıların (mənbədə: "tatarlar") yaşadığı göstərilmişdir[5].

Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1994-cü il yanvar ayında Azərbaycan ordusunun həyata keçirdiyi Horadiz əməliyyatı nəticəsində işğaldan azad olunmuş[6], sonra Əhmədbəyli kəndində yenidən kənd məktəbi tikilmiş, general Məhəmməd Əsədovun adı verilmişdir[7].

1999-cu ildə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunla[8] Əhmədbəyli və İkinci Mahmudlu kəndlərini əhatə edən Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsi təşkil edilmiş, 2000-ci ildə isə onun ilk Nizamnaməsi (kiril əlifbasında), 2020-ci ildə isə ikinci Nizamnaməsi[9], 28 aprel 2025-ci il tarixində isə üçüncü Nizzamnaməsi[10] təsdiq edilmişdir.

2013-cü ildə kənd qazlaşdırılmışdır. Sonralar Adliyyə Nazirliyinin Füzuli Qeydiyyat İdarəsi və Füzuli notariat ofisi Əhmədbəylidə yerləşdirilmişdir.

İkinci Qarabağ Müharibəsi gedişatında "Azərenerji" ASC tərəfindən işğaldan azad olnan Füzuli, Xocavənd və Cəbrayıl ərazilərinə elektrik enerjisi Əhmədbəyli qovşağından çəkilmişdir.

17.11.2020-ci il tarixli 2297 nömrəli Sərəncama əsasən "Zəfər yolu" kimi tanınan, uzunluğu 101.5 km, eni 37.7 metr olan Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisinə başladığı elan edilmişdir[11].

18.10.2024-cü il tarixli 50-VIIQ nömrəli "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikasının Qanununun[12] 18.3-cü bəndinə əsasən "Aşağı Kürdmahmudlu, Əhmədbəyli və Yuxarı Kürdmahmudlu bələdiyyələrinin əhatə etdiyi Aşağı Kürdmahmudlu, Əhmədbəyli, İkinci Mahmudlu, Qarabağ, Murtuzalılar və Yuxarı Kürdmahmudlu kəndlərində Əhmədbəyli bələdiyyəsi" yenidən təşkil edilmişdir.

Toponimikası

redaktə

Köndələnçayın (Araz çayının qolu) sol sahilində, düzənlikdədir. Kənd Əhməd adlı bəyin adı ilə adlandırılmışdır.[13]

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax

redaktə
  • Füzuli rayonu

İstinadlar

redaktə
  1. ↑ http://archive.is/9GAmL.
  2. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. ↑ Описание Карабагской провинции, составленное в 1823 году, по распоряжению главноуправлявшего в Грузии Ермолова, действительным статским советником Могилевским и полковником Ермоловым. — Тифлис, 1866. — С. 199. — 309 с. — Тифлис, 1866. 1866. (#first_missing_last)
  4. ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Тф. 1893. 235.
  5. ↑ Кавказский календарь. Тф. 1915. 93.
  6. ↑ Faiq Qismətoğlu. "Gələcəyə uzanan yol". Ədalət. 2012-09-08.
  7. ↑ "Füzuli rayonunun Əhmədbəyli kənd məktəbi". Facebook.
  8. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-21.
  9. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-02-05.
  10. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-21.
  11. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-02-05.
  12. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-02-05.
  13. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhmədbəyli_(Füzuli)&oldid=8142911"
LOVE.AZ