. Love.az

Ejder Melikov - Wikipedia - Love.az

Ana Səhifə - Ejder Melikov

Əjdər Dadaş oğlu Məlikov (1889, Pirşağı, Bakı qəzası – 23 avqust 1921, Binəqədi, Bakı qəzası) — Hümmət Partiyası qurucularından, Müsavat Partiyasının ilk üzvlərindən biri, Binəqədi Rayon Soveti sədri və Bakı Sovetinin üzvü.

Əjdər Məlikov
Binəqədi Rayon Soveti sədri
1917 – 1918
Şəxsi məlumatlar
Doğum tarixi 1889
Doğum yeri
  • Pirşağı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 23 avqust 1921(1921-08-23)
Vəfat yeri
  • Binəqədi, Kirov rayonu, Bakı qəzası, Azərbaycan SSR
Partiya
  • Hümmət Partiyası (1904–),
  • Rusiya Sosial Demokrat Fəhlə Partiyası (1903–),
  • Azərbaycan Kommunist Partiyası (1920–1921)
Fəaliyyəti siyasətçi

Mündəricat

  • 1 Haqqında
  • 2 Xatirəsi
  • 3 Ailəsi
  • 4 Mənbə
    • 4.1 İstinadlar

Haqqında

redaktə

Əjdər Məlikov 1889-cu ildə Pirşağı kəndində anadan olmuşdur. 1903-cü ildə Rusiya Sosial Demokrat Partiyasının sıralarına qatılmışdır. Əjdər Məlikov Hümmət Partiyasının qurucularından biri olmuşdur. 1917-ci ildə Binəqədi Rayon Sovetinin üzvü seçilmişdir. Burada o Hümmət Partiyasının liderlərindən olmuşdur.

Oktyabr inqilabından sonra Məlikov Binəqədi Rayon Partiya Komitəsinin katibi, Binəqədi Rayon Sovetinin sədri və Bakı Sovetinin üzvü olmuşdur.

Əjdər Məlikov Müsavat Partiyasının ilk üzvlərindən biri olmuşdur.

1920–1921-ci illərdə Bakı Şəhər Qida Komitəsinin Binəqədi Rayonu üzrə nümayəndəsi, Qida, Sağlamlıq və Torpaq Şöbəsinin sədri və İcraiyyə Komitəsinin sədri olmuşdur.

1921-ci ildə Binəqədidə öldürülmüşdür.

Xatirəsi

redaktə

Əjdər Məlikov adına Bakı şəhər Binəqədi rayonu 6 saylı Birləşmiş Şəhər Xəstəxanası[1], Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi vardır.

Ailəsi

redaktə
  • Qardaşı Süleyman Məlikov — jurnalist, tərcüməçi, redaktor. Azərbaycan SSR-nin əməkdar mədəniyyət işçisi (1967), Qızıl Əmək Bayrağı ordeni, Sov.İKP üzvü.
  • Oğlu Georgi Məlikov — hava atıcısı-radist, Böyük Vətən müharibəsinin iştirakçısı.

Mənbə

redaktə
  • Мәликов Әждәр Дадаш оғлу // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — 1982. — Т. VI.

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2018-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əjdər_Məlikov&oldid=8119870"
LOVE.AZ