. Love.az

Ekmel Nur - Wikipedia - Love.az

Ana Səhifə - Ekmel Nur

Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik.

Əkməl Nur
özb. Nuriddinov Akmal Vahobovich
Doğum tarixi 27 fevral 1959(1959-02-27) (66 yaş)
Doğum yeri
  • Nəməngan, Nəməngan vilayəti, Özbəkistan SSR, SSRİ
Fəaliyyəti rəssam
Təhsili
  • Özbəkistan Dövlət İncəsənət İnstitutu[d]
Mükafatları "Fədakar xidmətlərə görə" ordeni (Özbəkistan)

Həyatı

redaktə

Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub[1]. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.

İstinadlar

redaktə
  1. ↑ "Bakıda özbəkistanlı rəssamın əsərləri nümayiş olunacaq". 2012-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əkməl_Nur&oldid=7250767"
LOVE.AZ