Əkrəm Əhməd oğlu Aslanov (10 sentyabr 1954[1], Zaqatala rayonu[3] – 4 avqust 2024[2], Gəncə[2]) — fizika-riyaziyyat elmləri namizədi
Əkrəm Aslanov | |
---|---|
Doğum tarixi | 10 sentyabr 1954(1954-09-10)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 4 avqust 2024(2024-08-04)[2] (69 yaşında) |
Vəfat yeri | |
İş yeri |
10 sentyabr 1954-cü ildə Zaqatala rayonunda anadan olmuşdur. 1971–76-cı illərdə ADU-nun Fizika fakültəsində təhsil almışdır. 1976–78 – Şamaxı Astrofizika Rəsədxanası – kiçik elmi işçi kimi çalışmışdır. 1977–90-cı illərdə M. Lomonosov adına Moskva Dövlət Universiteti yanında P. Şternberq adına Dövlət Astrofizika İnstitutunda boyük elmi işçiyə qədər yüksəlmişdir. 1983-cü ildə "İfrat böyük kütləli qoşa ulduzların təkamülünün son mərhələlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990-cı ildən Gəncə Dövlət Universitetində çalışıb. 1990–1995-ci illərdə GDU-nun UTF və Riyazi analiz kafedralarında müəllim, 1995–2015-ci illərdə GDU-nun İnformatika kafedrasında dosent vəzifələrini tutub. 2010–2015--ci illərdə İnformatika kafedrasının müdiri olub. Yüzdən çox elmi və metodiki əsərlərin müəllifidir. 4 avqust 2024-cü ildə vəfat edib.[4][5][6]