. Love.az

Elovset Ebdulrehimov - Wikipedia - Love.az

Ana Səhifə - Elovset Ebdulrehimov

Əlövsət İbrahim oğlu Əbdülrəhimov (dekabr 1912, Salyan, Cavad qəzası – dekabr 1986) — Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, inşaatçı-mühəndis və dövlət xadimi.

Əlövsət Əbdülrəhimov
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
195? – 1954
SonrakıAğamirzə Əhmədov
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini
195? – 195?
Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini
28 may 1952 – 17 aprel 1953
SədrSadıq Rəhimov
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi dekabr 1912
Doğum yeri
  • Salyan, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi dekabr 1986
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1941–1986)
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri Azərbaycan SSR Dövlət mükafatı — 1976 Azərbaycan SSR əməkdar inşaatçısı — 1960 "Stalin" mükafatı — 1952

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 Mənbə
    • 3.1 İstinadlar

Həyatı

redaktə

Əlövsət Əbdülrəhimov 1912-ci ildə fəhlə ailəsində olmuşdur. Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.

1934–1940-cı illərdə Azərneft Birliyinin mədənlərində, Azərbaycan Neft Layihə Trestində, Azərneft kombinatının tikinti şöbəsində mühəndis və baş mühəndis işləmişdir. 1940–1952-ci illərdə Azərbaycan Neft-Qaz Layihə Trestinin, Neft-Qaz Qurğuları Tikintisi Trestinin, Neft Layihə Trestinin, Neft Zavodları Tikintisi Trestinin müdiri, Azərneft Birliyinin rəis müavini olmuşdur.

Əlövsət Əbdülrəhimov 1955–1960-cı illərdə Azərbaycan Dəniz Neft Qurğuları Tikintisi Trestində rəhbər vəzifədə çalışmış, Xalq Təsərrüfatı Şurası Tikinti İdarəsi 4 nömrəli trestinin müdiri olmuşdur. 1961-ci ildən isə Bakı Tunel Tikinti İdarəsinin rəisi olmuşdur.

Siyasi fəaliyyəti

redaktə

Əlövsət Əbdülrəhimov 1952–1954-cü illərdə Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, sonra isə sədri vəzifələrində çalışmışdır.

O, III, IV, VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Mənbə

redaktə
  • Әбдүлрәһимов Әлөвсәт Ибраһим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 122.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əlövsət_Əbdülrəhimov&oldid=7253884"
LOVE.AZ