. Love.az

Elovset Abdullayev - Wikipedia - Love.az

Ana Səhifə - Elovset Abdullayev

Əlövsət Zakir oğlu Abdullayev (17 fevral 1920, Məlikçobanlı, Şamaxı rayonu – 28 may 1993, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1963), professor (1964), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).

Əlövsət Abdullayev
Əlövsət Zakir oğlu Abdullayev
Doğum tarixi 17 fevral 1920(1920-02-17)
Doğum yeri
  • Məlikçobanlı, Şamaxı rayonu, Azərbaycan SSR
Vəfat tarixi 28 may 1993(1993-05-28) (73 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
İş yerləri Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı (1962-1967); prorektoru (1972-1976), Azərbaycan dilçiliyi kafedrasının müdiri (1967-1985)
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı laureatı

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
    • 2.1 Elmi yaradıcılığı
    • 2.2 İctimai fəaliyyəti
  • 3 Mükafatları
  • 4 Əsərləri
    • 4.1 Müəllifi olduğu monoqrafiya və dərsliklər
    • 4.2 Məqalələri
    • 4.3 ASE-nın ayrıca cildi üçün yazılmış məqalələr
  • 5 Haqqında yazılanlar
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

Əlövsət Zakir oğlu Abdullayev 1920-ci il fevral ayının 17-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxının Məlikçobanı və Ucarın Yuxarı Şilyan kənd məktəblərində almışdır.

1936-cı ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olub, 1939-cu ildə həmin müəssisədə təhsilini əla qiymətlərlə başa vurmuş, bir il kənddə müəllim işləmiş, sonra Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Böyük Vətən müharibəsi başlananda Əlövsət müəllim təhsilini yarımçıq qoyaraq çəbhəyə yola düşmüş, döyüşlərdə iştirak etmiş, yaralandığı üçün ordudan tərxis olunmuşdur.

1943–1946-cı illərdə Məlikçobanı kəndində məktəb direktoru vəzifəsində çalışmışdır. Faşist Almaniyası məğlub edildikdən sonra yenidən universitetə qayıtmış, 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Yüksək hazırlığını və elmə olan dərin marağını nəzərə alaraq onu aspiranturaya qəbul etmişlər.

Ə. Z. Abdullayev 1954-cü ildə "Müasir Azərbaycan dilində xüsusiləşmələr" mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə isə müasir dilçiliyimizin ən qaranlıq, ən az tədqiq olunmuş sahəsindən-tabeli mürəkkəb cümlələrdən doktorluq dissertasiyası müdafiə etmişdir. Əlövsət müəllimin 50 illik əmək fəaliyyətinin təxminən 40 ili universitetlə bağlıdır, burada tələbəlikdən professorluğadək şərəfli bir həyat yolu keçmişdir.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı (1962–1967), prorektoru (1972–1976), Azərbaycan dilçiliyi kafedrasının müdiri (1967–1985) olmuşdur. Tədqiqatları Azərbaycan dilinin sintaksisinə aiddir. Beynəlxalq türkologiya konqres və konfranslarında məruzələrlə çıxış etmişdir.

1993-cü ildə may ayının 28-də Bakıda vəfat etmişdir.[1][2]

Fəaliyyəti

redaktə

Elmi yaradıcılığı

redaktə

Alimin elmi maraq dairəsi olduqca geniş olmuşdur. O, dilçiliyin sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya, etimologiya, nitq mədəniyyəti və s. sahələrilə məşğul olmuşdur. Əlövsət Abdullayev Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsərin, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifidir (bunlardan bəziləri ortaqlı yazılmışdır). Xüsusiləşmə və əlavə kateqoriyaları, ədatlar, predikativlər, qarışıq tipli mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələrin tərkib hissələrinin transformasiya hadisəsinə uğraması və digər məsələlər ilk dəfə Ə. Abdullayev tərəfindən işlənmiş və ali məktəb proqramlarına daxil edilmişdir. Onun etimologiya üzrə işləri keçmişə, tarixin yaddaşına əsl səyahət kimi yenilik ruhu, arqumentlərinin əhatəliliyi, əsaslılığı ilə bu sahədə əvvəllər aparılmış tədqiqatlardan fərqlənir. Məsələn, "ki" bağlayıcısının genezisi, "elə", "belə" sözlərinin etimologiyası, yönlük halın mənşəyi, qədim instrumental hal və müasir dilimizdə onun qalıqlarından bəhs edən əsərlər xüsusilə dəyərlidir.

Ə. Abdullayevin "Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr" monoqrafiyası uzun və gərgin axtarışların nəticəsidir. Bu qiymətli əsər ölkə türkoloqları tərəfindən böyük maraqla qarşılanmışdır. Bunlardan başqa, alim iki böyük akademik nəşrin ("Azərbaycan dilinin qrammatikası" və "Müasir Azərbaycan dili") və 4 cildlik "Müasir Azərbaycan dili" dərsliyinin müəlliflərindən biri olmuşdur. Sonuncu fundamental əsərə görə o, 1974-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Ə. Abdullayev 1992-ci ildən isə Əməkdar Elm Xadimidir.

İctimai fəaliyyəti

redaktə

Professor Ə. Abdullayev həm də böyük ictimai iş aparmışdır. O, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun və Universitetin elmi şuralarının, Azərbaycan Ensiklopediyasının redaksiya şurasının, Respublikada Azərbaycan Dilinin Tətbiqi və Əlifba komissiyalarının üzvü olmuşdur. Eyni zamanda BDU-nun "Elmi əsərləri"nin Dil və ədəbiyyat seriyasının baş redaktoru, universitetin ümumi, humanitar elmlər, filologiya elmləri doktoru və namizədi dərəcələri verən şuralarının, Azərbaycan Elmlər Akademiyası Dilçilik İnstitutunun, Respublika Elmlər Akademiyası Rəyasət Heyəti yanında dilçilik üzrə əlaqələndirmə şuralarının, Azərbaycan Təhsil Nazirliyinin tədris metodika şurasının üzvü olmuşdur.

Ə. Abdullayevin adı yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da məşhurdur. O, bir sıra Ümumittifaq və beynəlxalq məclislərdə Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmişdir. Görkəmli dilçi alim müxtəlif illərdə Bakıda, Moskvada, Sankt-Peterburqda, Səmərqənddə, Kazanda, Tiflisdə keçirilmiş elmi konfranslarda, Berlində, Ankarada, İstanbulda, Daşkənddə toplanmış beynəlxalq qurultay və konqreslərdə iştirak etmiş, məruzələr oxumuşdur. O, dilçilərin Səmərqənd konfransında (1966) sintaksis bölməsinə rəhbərlik etmişdir. 1969-cu ildə Berlində Beynəlxalq altayşunaslar konqresində (PİAK) "Türk dillərində yönluk halın mənşəyi haqqında"kı məruzəsi yaxşı qarşılanmış və orada nəşr edilmişdir.

1972-ci ildə Ə. Abdullayev Türk Dil Qurumunun dəvətilə Ankarada I türk dili qurultayında iştirak etmişdir. Orada Mahmud Kaşqari bölməsini açmaq və birinci iclası idarə etmək şərəfi Azərbaycan aliminə qismət olmuşdur. Əlövsət müəllimin acılışdakı nitqi və oxuduğu məruzə Ankarada həmin qurultayın materiallarında çap edilmişdir.

1986-cı il PİAK-ın Daşkənddə keçirilmiş konqresində Ə. Abdullayev "Azərbaycan-monqol dil əlaqələri" adlı məruzə ilə iştirak etmişdir. Əlövsət müəllimin həyatında ən əlamətdar hadisələrdən biri türkologiya qarşısında böyük xidmətlərinə görə onun 1983-cü ildə Türkiyədə Türk Dil Qurumunun müxbir üzvü, 1984-cü ildə həqiqi üzv seçilməsidir. Ə. Abdullayev Türk Dil Qurumuna müxbir üzv seçilmiş üçüncü azərbaycanlı alim olmuşdur. Ölümündən üç il sonra, Türk Dil Qurumu onun 1996-cı ildə Ankarada "Türk dillərinin tarixi inkişafı məsələləri" adlı kitabını nəşr etmişdir. Həmin monoqrafiya elm aləmində yüksək dəyərləndirildiyindən 2007-ci ildə təkrar çap olunmuşdur.

Onun rəhbərliyi altında 23 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə edilmişdir. O cümlədən, müdafiə edənlərdən 3 nəfər qaraçay-balkar, 1 nəfər qumuq dili üzrədir.

Mükafatları

redaktə
  • "Azərbaycan SSR Dövlət Mükafatı" — (26 aprel 1974)
  • Əməkdar Elm Xadimi fəxri adı — (1992)
  • "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — (9 may 1945)
  • Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin "Fəxri Fəman"ı — (31 oktyabr 1969)
  • SSRİ Ali Sovetinin Rəyasət heyəti "Əmək igidliyinə görə" medalı — (7 aprel 1970),
  • Böyük Vətən müharibəsinin 7 yubiley medalı.

Əsərləri

redaktə

Müəllifi olduğu monoqrafiya və dərsliklər

redaktə
  1. Обособление в современном азербайджанском языке. АКД, Изд. АГУ им. С.М. Кирова, 1953
  2. Müasir Azərbaycan dilində sintaktik əlaqələr (uzlaşma, idarə, yanaşma). ADU, 1956
  3. Köməkçi nitq hissələri. ADU , 1958
  4. Müasir Azərbaycan dili, sintaksis. ADU, 1959, həmmüəllif
  5. Сложноподчиненные предложения в современном азербайджанском языке, ADU, 1963
  6. Müasir Azərbaycan dili, sintaksis, II kitab, Azərtədrisnəşr, 1962, həmmüəllif
  7. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr, Azərtədrisnəşr, 1964
  8. Azərbaycan dili (ali məktəblər üçün dərslik), Azərtədrisnəşr, 1964, həmmüəllif
  9. Müasir Azərbaycan dili, IV kitab, "Maarif", 1972, həmmüəllif
  10. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr, 2-ci nəşr, "Maarif", 1974
  11. Грамматика карачаево-балкарского языка. Нальчик, 1976, həmmüəllif.
  12. Sintaksisin aktual məsələləri, Bakı, 1987
  13. Müasir Azərbaycan dili, IY c., Sintaksis, Bakı: "Şərq-Qərb", 2007
  14. Azərbaycan dili məsələləri, Bakı: BU nəşriyyatı, 1992
  15. Türk dillerinin tarixsel gelişme sorunları. Atatürk kültür, dil ve tarih yüksek kurumu, Ankara, 1996

Məqalələri

redaktə
  1. C. Cabbarlının "Sevil" əsərində tiplərin dili (tezis). S. M. Kirov adına ADU, IV tələbə elmi sesiyası (məruzələrin tezisləri), 1949
  2. Bir tərcümə haqqında. "Azərbaycan gəncləri" qəz., 1952, № 129.
  3. Müasir Azərbaycan dilində feili sifət tərkibləri haqqında, Azərb. Dövlət Un., 1956, № 8
  4. Azərbaycan dili və ədəbiyyatın tədrisi, "Ədəbiyyat və incəsənət" qəz., 1956, № 36
  5. Müasir Azərbaycan dilində ədatlar haqqında, "Azərbaycan məktəbi" jur., 1958, № 1
  6. Şərəfli həyat yolu, "Azərbaycan müəllimi" qəz., Bakı, 23 oktyabr 1958, № 239.
  7. Qocaman müəllim, "Azərb. müəllimi" qəz., 1958, № 19/X
  8. Əlavə, Azərbaycan dilinin qrammatikası, sintaksis, Azərb. SSR EA-nın nəşriyyatı, 1959
  9. Xüsusiləşmə, Azərbaycan dilinin qrammatikası, sintaksis, Azərb. SSR EA-nın nəşriyyatı, 1959
  10. Təyin, Müasir Azərbaycan dili, sintaksis, ADU nəşri, 1959
  11. Əlavələr, Müasir Azərbaycan dili, sintaksis, ADU nəşr, 1959
  12. Cümlənin xüsusiləşmiş üzvləri, Müasir Azərbaycan dili, sintaksis, ADU nəşr , 1959
  13. Təyin və xəbər budaq cümlələri haqqında, Azərbaycan məktəbi, 1959, № 10
  14. Mübtəda və tamamlıq budaq cümlələri haqqında, "Azərbaycan dili və ədəbiyyat tədrisi", 1960, IV buraxılış
  15. Müasir Azərbaycan dilindəki qoşulma budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında, ADU-nun elmi əsərləri, 1961, № 2
  16. Şərt budaq cümləsi, "Azərbaycan məktəbi"jur., 1961, № 4
  17. Müasir Azərbaycan dilindəki qovuşmuş budaq cümlələr haqqında, Azərb. Dövlət Un. elmi əsərləri, 1961, № 6
  18. Feili sifət və feili bağlama tərkibləri possesiv quruluşa malik olan söz birləşmələridir. Azərb. Dövlət Un. elmi əsərləri, 1962, № 3
  19. Nəticə budaq cümləli tabeli mürəkkəb cümlələr. Azərb. SSR EA xəbərləri, 1962, № 7
  20. Çoxbudaqlı tabeli mürəkkəb cümlələr, Azərb. Dövlət Un. elmi əsərləri, 1963, № 1
  21. Tabeli mürəkkəb cümlələrin qurulmasında ədatların rolu, Azərb. Dövlət Un. elmi əsərləri, 1963, № 6
  22. Azərbaycan dilində işlənən "ki" bağlayıcısının mənşəyi haqqında. Azərb. SSR EA, Ədəbiyyat və Dil İnstitunun elmi əsərləri, 1963, 17-ci cild
  23. Bacarıqlı kadrlar hazırlayaq, "Lenin tərbiyəsi uğrunda" qəz., 1966, № 8.
  24. Dilçilərin Səmərqənd məclisi, "Lenin tərbiyəsi uğrunda" qəz., 1966, № 23
  25. Tabeli mürəkkəb cümlələr (ixtisas kursu proqramı), ADU nəşri, 1967
  1. Redaktorun qeydləri, H. Mirzəzadənin "Azərbaycan dilinin tarixi sintaksisi", "Maarif" nəşr., 1968
  2. Müasir Azərbaycan dilində "-lay" şəkilçisinin aqibəti və belə, elə sözlərinin etimalogiyası haqqında. Azərb. Dövlət Un. elmi əsərləri, 1968, № 5
  3. Bir nömrəli problem, "Ulduz", 1968, № 7
  4. "50 söz" kitabçası haqqında, Azərb. Dövlət Un. elmi əsərləri, 1969, № 1–2
  5. Türk dillərində yönlük hal şəkilçisinin mənşəyi haqqında, Azərb. Dövlət Un.elmi əsərləri, 1969, № 3–4
  6. Elm aləmində. Azərb. Dövlət Un. elmi əsərləri, 1969, № 3–4
  7. Qarışıq tipli tabesiz mürəkkəb cümlələr, Azərb. Dövlət Un. elmi əsərləri, 1969, № 5–6
  8. Böyük Sovet türkoloqu, "Bakı" qəz., 1969, № 282
  9. Sevinirik, fəxr edirik. "Lenin tərbiyəsi uğrunda" qəz., 1970, № 8
  10. Baş və budaq cümlələr haqqında. Azərb. Dövlət Un. elmi əsərləri, 1970, № 5–6
  11. Müasir türk dillərində köməkçi nitq hissələri, tanıtım, Azərb. Dövlət Un. elmi əsərləri, 1970, № 2
  12. Bağlayıcısız tabeli mürəkkəb cümlələr, Azərb. Dövlət Un. elmi əsərləri, 1971, № 4
  13. Zamanın tələbi. "Lenin tərbiyəsi uğrunda"qəz., 1972, № 10
  14. Tabeli mürəkkəb cümlələrin sadələşməsi prosesi, Azərb. Dövlət Un.elmi əsərləri, 1972, № 3
  15. Kitabi-Dədə Qorqud dastanlarında tabeli mürəkkəb cümlələr, Azərb. Dövlət Un. elmi əsərləri, 1973, № 2
  16. Türk dillerinde bağımlı birleşik cümlelerin evrimi üzerine. Türk dili Bilimsel Kurultayına sunulan Bildiriler, Ankara Universitesinin basımevi. Ankara, 1975.
  17. N. Nərimanov və ana dili. Azərb. Dövlət Un. elmi əsərləri, 1976, № 6
  18. Qədim -ın şəkilçili hal forması və onun Azərbaycan dilində sonrakı vəziyyəti. I məqalə, Azərb. Dövlət Un.elmi əsərləri, 1977, № 6.
  19. Qədim -ın şəkilçili hal forması və onun Azərbaycan dilində sonrakı vəziyyəti. II məqalə, Azərb. Dövlət Un.elmi əsərləri, 1978, № 1.
  20. Azərbaycan dilində yiyəlik halın vəzifəsi, ADU, "Elmi əsərləri", 1978, № 4
  21. Monqol-Azərbaycan leksik paralelləri. İlk qeydlər, ADU, "Elmi əsərləri", 1979, № 3
  22. İstedadlı türkoloq. ADU-nun "Elmi əsərləri", 1979, № 3
  23. İstedadlı dilçi, "Şərq qapısı" qəzeti, 1979, № 151
  24. Şifahi nitq haqqında // "Dil mədəniyyəti" məcmuəsi, Bakı: "Elm", 1979.
  25. Azərbaycan dilçiliyinin inkişaf prespektivləri // "Azərbaycan dilçiliyi məsələləri" toplusu, ADU, 1981.
  26. Xüsusiləşmə. Müasir Azərbaycan dili, III c., "Elm", 1981.
  27. Əlavə. Müasir Azərbaycan dili, III c., "Elm", 1981.
  1. Sovet hakimiyyəti illərində dilçiliyimizin inkişafı, Azərb. Dövlət Un. elmi əsərləri, 1967, № 4–5
  2. Tabesiz mürəkkəb cümlə. Müasir Azərbaycan dili, III c., "Elm", 1981.
  3. A. Kazımbəy. Azərbaycan Sovet Ensiklopediyası, 5-ci cild, 1981.
  4. Dilçiliyinin inkişaf yolları. "Ədəbiyyat və incəsənət" qəz., 1982, № 52.
  5. Azərbaycan dilində r-z münasibəti haqqında // Azərbaycan filologiyası məsələləri, 1984.
  6. Bəzi nitq hissələrinin müəyyənləşdirilməsinə dair // "Azərbaycan dilində adların morfologiyası" toplusu, ADU, 1984.
  7. Cümlə üzvlərinin öyrənilməsində və tədrisində morfologiya ilə sintaksisin əlaqəsi. tezis. ADPİ nəşr., 1984.
  8. Predikativlər haqqında. "Azərbaycan dili və ədəbiyyatının tədrisi" j., 1985, № 2.
  9. Azerbaycan dilində r-z nisbeti. IV Milletlerarası Türkoloji Kongresi, I cilt, İstanbul, 1985.
  10. Azərbaycan dilçiliyinə töhfə. "Kitablar aləmində" jur., 1987, № 4
  11. Azərbaycan toponimiyasında Azərbaycan-monqol paralelləri// "Azərbaycan onomastikası problemləri, II cild, APİ, Bakı: 1988.
  12. Ədəbi dil tariximizin tədqiqi nümunəsi, "Ulduz" j., Bakı: 1988, № 12.
  13. Onomastikaya biganə yanaşmaq olmaz, APİ, "Gənc müəllim" qəz., 1988, 15 aprel.
  14. Azərbaycan ədəbi dili. tanıtma,"Azərbaycan müəllimi" qəz., 1988, 13 aprel.
  15. İstanbulda əlifba simpoziumu. "Bakı" qəzeti, 1991, 9 dekabr, səh.3.
  16. Biz də bir şey başa düşürük. "Azərbaycan" qəzeti, 28 may 1991.
  17. Ana dili. Onu hər yerdə başa düşürlərmi? "Xalq" qəzeti, 27 dekabr 1991, səh. 3.
  18. Bizim bir şairimiz də var imiş. "Aypara" qəzeti, 1991
  19. Əlifba dartışması, "Aypara" qəzeti, 14 may 1991, səh.3.
  20. Türk dilinin yaşı. "Bakı" qəzeti, 17 aprel,1991, səh.3.
  21. Yunus Əmrə və Azərbaycan dili, "Dədə Qorqud" qəzeti, 18 iyun1991, səh.3.
  22. Türk xalqlarının yaxınlığı naminə. "Bakı" qəzeti, 2 oktyabr 1992, səh.3.
  23. Urmiyadan gələn məktuba cavab. "Elm" qəzeti, 17 yanvar 1992, səh.1

Xarici dillərdə

  1. О происхождении азербайджанского союза "ki" (тезисы). Актуальные вопросы совр. Языкознания и лингвистическое наследие Е.Д. Поливанова, Самарканд, 1964
  2. К эволюции тюркского синтаксиса (тезисы). Материалы Всесоюзной конференции "Основные проблемы эволюции языка, Самарканд, 1966
  3. Самаркандский форум языковедов. "За Ленинское воспитание", 1966, № 23, 0,1
  4. К эволюции синтаксического строя тюркских языков. Уч. Записки АГУ им. С.М. Кирова, 1967, № 1
  5. К вопросу о происхождении сложноподчиненных предложений в тюркских языках, Уч. Записки АГУ им. С.М. Кирова, 1967, № 3
  6. Пути возникновения сложноподчиненных предложений в тюркских языках (тезисы), Всесоюзная научная конференция по тюркским языкам, Баку: 1969
  7. Крупный советский тюрколог, "Баку"qəz., 1969, № 282
  8. Берлинский форум алтаистов, "Советская тюркология", 1970, № 3, Соавтор Г.П.Мелъников
  9. Международная конференция алтаистов, Изв. АН СССР, серия языка и литература, 1970, том 29, вып. 4, Соавтор  Г.П.Мелъников и К.М.Мусаев
  10. Об этимологии слов "белə", "елə", "Вопросы тюркологии", "Элм", Баку, 1971
  11. Пути возникновения сложноподчиненных предложений в тюркских языках, "Советская тюркология", 1970, № 3
  12. Сложные предложения усложненного типа в азербайджанском языке, "Советская тюркология", 1971, № 3
  13. Бессоюзные сложноподчиненные предложения, "Советская тюркология", 1971, № 4 1973, s.212.
  1. Житъ и трудитъся во имя людей, Баку, 16 октябр 1991, səh.2.
  2. Bizler də birşeylər anlıyoruz ama! "Alfabe meselesi" kitabı üzerine."Türk kültürü" aylıq dergisi, 1991, № 342, səh.613–617.
  3. Azerbaycan alfabesi tarixinden. Fahir İz Armagani II. Harvard University, Cambridge, MA. USA. 1991, s.381–386.
  4. Изучение сложноподчиненного предложения, (1 статья) // ADU, "Azərbaycan dilinin qrammatik quruluşu meseleleri" toplusu, Bakı: 1982.
  5. Изучение сложноподчиненного предложения, (2 статья) //ADU, "Azərbaycan dilində tabeli mürəkkəb cümlələr" toplusu, Bakı: 1983.
  6. И.Х.Ахматов. Структурно-семантические модели простого предложения в современном карачаево-балкарском языке (Основные вопросы теории, Эльбрус, Нальчик, 1983, 360 стр.), рецензия, "Советская тюркология", 1984, № 5, стр.74–77.
  7. К вопросу r-z в тюркских языках. "Советская тюркология", 1984, № 2.
  8. Об афинитных конструкциях в тюркских языках. "Советская тюркология", 1986, № 2, с. 51–55.
  9. Новый подход к описанию морфологии турецкого языка. EA-nın "Xəbərlər"i, 1986, № 2, соавтор В.Пинес.
  10. Одноядерные и двуядерные сложноподчиненные предложения. "Советская тюркология", 1987, № 1, соавтор А.Джавадов.
  11. Азербайджано-монгольские языковые связи. Тезис. PİAK, Taşkent,1986, II toplu.
  12. Певучая, как музыка, речь. О взаимоотношениях армянского и азербайджанского языков. "Понарама Азербайджана", 6–12 декабря 1991 г., səh. 6.
  13. О трансформации компонентов сложноподчиненных предложений. "Советская тюркология", 1972, № 6
  14. О работе ГЭК. "За Ленинское воспитание", 1972, № 3
  15. Об эволюции морфемы -гару в тюркских языках. "Восточная филология", т.3, Тбилиси, 1973
  16. Über die Herkunft der konjunktion ki im Azerbaidşhanischen. "Ural-Altaiche Yahrbücher, Wiesbaden, 1967.
  17. Sür l"evolution ineqale de la strüctüre sintaxiqe des lanques türques. Resume. XXIX-e congress İnternational des orientalists. Paris,
  18. Знакомтесь: самоучитель. "Бакинский рабочий" qəz., 1978, № 7, соавтор В.Пинес.
  19. Türk dillerinde bağımlı birleşik cümlelerin evrimi üzerine, Türk dili bilimsel Kurultayının sunulan Bildiriler. Ankara Universitesi basımevi, Ankara, 1975.
  1. Пути возникновения сложноподчиненных предложений в тюркских языках, "Советская тюркология", 1970, № 3
  2. Сложные предложения усложненного типа в азербайджанском языке, "Советская тюркология", 1971, № 3
  3. Бессоюзные сложноподчиненные предложения, "Советская тюркология", 1971, № 4
  4. О трансформации компонентов сложноподчиненных предложений. "Советская тюркология", 1972, № 6
  5. О работе ГЭК. "За Ленинское воспитание", 1972, № 3
  6. Об эволюции морфемы -гару в тюркских языках. "Восточная филология", т.3, Тбилиси, 1973
  7. Über die Herkunft der konjunktion ki im Azerbaidşhanischen. "Ural-Altaiche Yahrbücher, Wiesbaden, 1967.
  8. Sür l"evolution ineqale de la strüctüre sintaxiqe des lanques türques. Resume. XXIX-e congress İnternational des orientalists. Paris, 1973, s.212.
  9. Развитие направителъного падежа в тюркских языках, Sprache, Geschichte und Kultur der Altaischen Völker, Berlin, 1974
  10. Новое в изучении грамматического строя тюркских языков. ADU, "Elmi əsərləri", 1976, № 6, соавтор В.Пинес, И.Гаджиев, К.Велиев.
  11. Сложные предложения в карачаево-балкарском языке. Грамматика карачаево-балкарского языка. Нальчик, 1976, соавтор И.Ахматов,
  12. Историческое исследование по турецкому языку. Уч.записки АГУ,1977, № 4, соавтор В.Пинес, И.Гаджиев

ASE-nın ayrıca cildi üçün yazılmış məqalələr

redaktə
  1. Azərbaycan dilçiliyi
  2. S. S. Cikiya
  3. S. A. Cəfərov
  4. X. S. Xocayev
  5. A. G. Nəsənov
  6. Ədat
  7. Cümlə
  1. Sadə cümlə
  2. Mürəkkəb cümlə
  3. Cümlə üzvləri
  4. Tabeli mürəkkəb cümlə
  5. Tabesiz mürəkkəb cümlə
  6. Sintaksis
  7. Tabesizlik
  1. Tabelilik
  2. Predikativlər
  3. Əlavələr
  4. Xüsusiləşmə
  5. Cümlənin məntiqi və qrammatik quruluşu
  6. Baş cümlə
  7. Budaq cümlə

Haqqında yazılanlar

redaktə
  Əlövsət müəllim bütün türkologiyada sintaksisin, xüsusən tabeli mürəkkəb cümlə probleminin ən yaxşı tədqiqatçılarından idi, bunanla belə, o ən yaxşı bildiyi məsələlərdə də, müsahibinin fikrini xüsusi səbir və ehtiramla dinləməyi bacarırdı. Əlövsət Abdullayev dilçilik fəhmi, dil duyumu çox güclü idi, o, elmə də kitablar yox, ilk növbədə, məhz dil duyumu, fəhmi ilə gəlmişdi. Şamaxının Məlikçobanlı kəndindən zəhmetkeş bir ailədə böyüyərək Azərbaycana övlad, Respublika Dövlət Mükafatı Laureatı, Türk Dil qurumunun müxbir üzvü titullarına yiyələnmişdir.[3]
İsmayıl Əhmədov
 
  Əlövsət Abdullayev Azərbaycan dilçiliyi tarixində, ilk öncə, dilimizin qrammatik quruluşu, xüsusən onun sintaksisin tədqiq edənlərin ən görkəmli nümayəndəsi kimi qalmışdır. Ə.Abdullayevin qrammatik vasitələrin mənşəyi barəsində yazdığı əsərlər də diqqəti cəlb edir. Onun "Azərbaycan dilində işlənən "ki" bağlayıcısının mənşəyi haqqında", "Türk dillərində yönlük hal şəkilçisinin mənşəyi haqqında" məsələləri yüksək elmi səviyyədə yazılmışdır. Xüsusi elmi marağa səbəb olduğundan bu məqalələrdən birincisi rus və alman dillərində də çap edilmişdir.[4]
Ağamusa Axundov
 
  Morfologiyaya aid, Azərbaycan dilinin lüğət tərkibinə aid və ümumiyyətlə, türkologiyanın bir sıra ümumi problemlərinə aid araşdırmaları var. Son zamanlar onun Türkiyədə çıxan kitabları da göstərdi ki, get-gedə onun mülahizələrinə, fikirlərinə maraq artır[3].
Nizami Cəfərov
 
  Cəsarətlə demək olar ki , bu gün Azərbaycan dilçiliyinin müasir problemlərinin əsas elmi ağırlığı Əlövsət Abdullayevin yetirmələrinin çiynindədir və Bakı Dövlət Universitetində müasir dilin tədrisində də onlar pedaqoji səriştələri, müəllimlik qabiliyyətləri ilə öyünə bilərlər. Böyük sintaksis mütəxəssisi olan Əlövsət Abdullayev Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə zaman-zaman təhlili nəzər salırdı; dil tarixinin, dialektologiyanın, üslubiyyatın və başqa ixtisasların az işlənmiş kateqoriyalarına diqqəti yönəldirdi[3].
Tofiq Hacıyev
 
  Azərbaycan dilçiliyində M.Ş.Şirəliyevlə həqiqi elmi araşdırılmasına başlanan tabeli mürəkkəb cümlə Ə.Z.Abdullayev tərəfindən öz tədqiqat zirvəsinə yüksəlmişdir. Professor Ə.Z.Abdullayev tabeli mürəkkəb cümlənin yalnız Azərbaycan dilçiliyində yox, habelə bütün türkologiyada aparıcı tədqiqatçılarındandır. Tabeli mürəkkəb cümlə məhz onun tədqiqatında hərtərəfli, şaxəli və dərin elmi şəkildə tədqiq olunmuşdur.[5]
Telli Səlimli
 
  Birincisi, o, həqiqətən böyük dilçi alim idi; tabeli mürəkkəb sahəsində yalnız Azərbaycan dilçiliyində deyil, ümumən türkologiyada söz sahibi sayılırdı. Dövlət mükafatı almış "Müasir Azərbaycan dili" dərsliyində də həmin bəhsin müəllifi o idi. Təkcə bi faktı qeyd etmək kifayətdir ki, Əlövsət Abdullayevin xüsusilə tabeli mürəkkəb cümlə sahəsindəki araşdırmaları əlli ildən çox idi ki, öz təravətini azacıq da olsa, itirmədən dilçiliyə xidmət edir.[6]
Məhəbbət Mirzəliyeva
 

İstinadlar

redaktə
  1. ↑ Bakı Dövlət Universitetinin professorları, "Bakı Universiteti" nəşriyyatı, 2014, s.251
  2. ↑ Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.30
  3. ↑ 1 2 3 Əlövsət Abdullayev. “Tədqiqlər” jurnalı №2. 2000.
  4. ↑ Ağamusa Axundov. Dil və ədəbiyyat. I. Bakı. 2003. səh. 512. ISBN 5-8020-1640-X.
  5. ↑ Telli Səlimli. Professor Ə.Z.Abdullayev və Azərbaycan dilçiliyi. Bakı: "Elm və Təhsil". 2017. səh. 10-11. ISBN 978-9952-8176-1-7.
  6. ↑ Məhəbbət Mirzəliyeva. Tədqiqlər. II. Bakı. 2010. səh. 37-38. ISBN -5-8066-0933-2.

Xarici keçidlər

redaktə
  • Əlövsət Zakir oğlu Abdullayev
  • Azərbaycan dilçiliyi kafedrası
  • Görkəmli alimlər və məzunlar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əlövsət_Abdullayev&oldid=8006720"
LOVE.AZ